Bu gün bürcünüz nə vəd edir?
14-06-2014, 08:45
Oxunub: 3 364
QOÇ - İxtiyarınızda olan bu təqvim daha çox uğurlar vəd edir. Amma qarşılıqlı münasibətlərdə güzəştə getməyi də bacarmalısınız. İndiki məqamda zorakılıq heç bir effekt vermir.
BUĞA - Şəxsi büdcənizdə müəyyən artımlar gözlənilsə də, bu təqvimdə mübahisəsiz keçinməyəcəksiniz. Həmkarlarınızla soyuqlaşma ola bilər. "Dinc-yanaşı yaşama" prinsipinə riayət edin.
ƏKİZLƏR - Bu gün sizə qarşı təzyiqlər arta bilər. Bu səbəbdən də hər bir addımda tədbirli olmağa çalışın. Hər dedi-qoduya reaksiya verməyin. Etibarına əmin olmadığınız adamlarla iş görməyin.
XƏRÇƏNG - İşgüzar sövdələşmələrinizi sürətləndirin. Saat 13-16 arası iştirakçısı olduğunuz hər bir danışıq xeyrinizə yönələcək. Qalan müddətdə isə adi işlərlə məşğul olmalısınız.
ŞİR - Bu gün hər hansı riskə getmək yolverilməzdir. Belə ki, istənilən addımınız maneələrlə üzləşdiyindən buna səy də göstərməməlisiniz. Yeni təkliflərə belə tələsik razılıq verməyin.
QIZ – Yaxşı olar ki, bütün vacib işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Ulduzlar əsəblərinizi qorumağı, ümumiyyətlə, maksimum ehtiyatlı olmağı məsləhət görür.
TƏRƏZİ - Uğurlu gün hesab etmək olar. Fəaliyyətlə bağlı nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətini reallaşdıracaqsınız. Nahardan sonra sevindirici xəbərlər gözlənilir.
ƏQRƏB – Yeni təkliflər alacağınız gözlənilir. Lakin qəti addım atmazdan qabaq yaxşı-yaxşı götür-qoy etməlisiniz. Gün ərzində əzmkarlığınızı artırmaqla bir neçə sürprizin şahidi ola bilərsiniz.
OXATAN - Tabeçiliyində fəaliyyət göstərdiyiniz rəhbərlərlə, həmçinin həmkarlarınızla münasibətləri mülayimləşdirin. Bu, gələcək perspektivlərinizin reallaşmasında əhəmiyyətli rol oynaya bilər.
OĞLAQ - Dünəndən mənfi yüklü Ay bürcünüzdə qərar tutsa da, günün birinci yarısında qarşınıza çıxan şanslardan əməlli-başlı faydalana bilərsiniz. Göy qübbəsi bəxtinizin gətirəcəyini bildirir.
SUTÖKƏN - Təxminən saat 12-yə qədər əsəblərinizi cilovlamağınız məsləhət görülür. Yoxsa götürdüyünüz öhdəlikləri başa çatdıra bilməyəcəksiniz. Nahardan sonra varlanma ehtimalınız var.
BALIQLAR - Olsa-olsa pulla bağlı sevinəcəksiniz. Digər işlərdə isə elə bir uğur gözlənilmir. Son vaxtlar qərarlarınızdakı yanlışlıq sizə başağrısı verə bilər. Məsləhətləşmədən çəkinməyin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər