İcra başçısı məktəbli geyimi biznesinə əl qoyub
29-10-2011, 11:50
Oxunub: 6 855
Salyandakı bütün məktəb şagirdləri Tahir Kərimovun yeni açdığı dükandan məktəbli geyimi almağa məcbur edilir
Salayn Rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov Salyanda özünə yeni gəlir mənbəyi tapıb. Belə ki, İcra başçısının qoyduğu yeni qaydaya əsasən Salyanda bütün orta məktəb şagirdləri Xəlil Rza Ulutürk küçəsində yeni açdığı dükandan məktəbli forması almalıdır. İcra başçısı bu işə Rayon Təhsil Şöbəsini və Rayon Polis Şöbəsini də cəlb edib. Görüşdə həmçinin Salayn YAP rayon təşkilatının sədri Rəşad Cəbrayılov da iştirak edib.
Bolgexeber.com bildirir ki, bu barədə PİA.AZ-a Salyandan məlumat verilib. Şikayətçi valideynlər bildirir ki, oktyabrın 25-də Tahir Kərimov Salyanın təhsil işçiləri ilə görüş keçirib. Görüşdə İcra başçısı Rayon Təhsil Şöbəsinin müdirindən və bütün məktəb direktorlarından tələb edib ki, bütün məktəb şagirdləri məktəbli forması almalıdır. Məktəbli forması olmayan şagirdləri məktəbə buraxmamağı əmr edən İcra başçısı həmçinin polisə bu işə nəzarət etməyi və məktəbli forması olmayan şagirdlərin valideynlərinə təzyiq etmək göstərişi verib.
Valideynlər bildirirlər ki, məktəblilər formanı Başçının Xəlil Rza Ulutürk küçəsində yeni açdığı dükandan almaq zorundadırlar. Payız ayı olduğu və havalar soyuduğu üçün məktəbli formasının qiyməti də qaldırılıb. Məktəblilər bir formanı 80-120 manat müqabilində almaq zorundadırlar. Qeyd edək ki, Salyanda 30 min orta məktəb şagirdinin olduğunu nəzərə alarsaq, o zaman İcra başçısının gəliri heç də az olmaycaq. Orta hesabla söhbət 3 milyon manatdan gedir. Məktəbli formalarının maya dəyərini bu məbləcdən çıxdıqda Tahir Kərimovun təmiz gəliri 2 milyon manata qədər olacaq. Başçının vergi ödəməyəcəyini də nəzərə alarsaq, o zaman əlavə hesablamalar aparmağa gərək qalmır.
Valideynlər isə Tahir Kərimovun əsas diqqətini məktəblərin vəziyyətinə ayırmağı tələb edirlər. Bildirilir ki, kənd məktəblərinin vəziyyəti çox acınacaqlıdır. Bir çox məktəblərin tavanı su axıdır, qapı-pəncərəsi isə sınıq-salxaqdır. Məktəblərdə istilik sistemindən isə danışmağa dəyməz. Şagirdlər öz pulları ilə elektrik sobaları alsalarda bir çox məktəblərdə heç elektrik xətti də yoxdur. Olanlarda elə vəziyyətdədəir ki, istifadə etmək belə imkansızdır.
PİA.Az-a müraciət edən valideynlər bildirirlər ki, yaxşı olar ki, İcra başçısı Salyanın mərkəzi küçələrinin evlərinin damını boyamaqdansa və yaşayış binalarının üzlüklərini dəyişməkdənsə, məktəblərin təmiri ilə məşğul olsun və büdcə işçilərindən, bazar, dükan işçilərindən zorla topladığı pulları məktəblərin təmirinə yönəltsin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər