Əsgərimiz hərbi hissədə həbs edildi
28-10-2011, 18:30
Oxunub: 6 250
O, qətldə ittiham olunur
Azərbaycan Ordusunun Sumqayıtda valyutadəyişmə məntəqəsinin sahibini qətlə yetirməkdə təqsirləndirilən əsgəri həbs edilib.
Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov məlumat verib. Onun sözlərinə görə, sentyabrın 20-də Sumqayıt şəhəri, 18-ci məhəllə, 36 saylı binada yaşayan, 45 yaşlı İlyas Vahabovu blokun qarşısında qətlə yetirməkdə təqsirləndirilən 18 yaşlı Anar Abilov bu gün xidmət etdiyi hərbi hissədə həbs edilərək Sumqayıt Şəhər Prokurorluğuna təhvil verilib.
Bolgexeber bildirir ki, hadisənin digər iştirakçısı, Bakı şəhər sakini, 14 yaşlı Vaqif Səlimbəyli iki gün əvvəl həbs edilib. Onlar İ. Vahabovu tamah məqsədi ilə öldürdüklərini etiraf ediblər.
A. Abilov qətli törətdikdən bir müddət sonra hərbi xidmətə gedib.
Qətlə yetirilən İ. Vahabov Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birinin sahibidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər