Ukraynada vurulan təyyarədə 49 nəfər olub
14-06-2014, 11:55
Oxunub: 3 504
Ukraynanın Luqansk vilayətinin hava limanı yaxınlığında hərbi-hava qüvvələrinə məxsus İl-76 təyyarəsi vurulub
Ukrayna Müdafiə Nazirliyi təyyarənin hava limanına eniş etməyə hazırlaşarkən Rusiya-yönümlü qüvvələr tərəfindən vurulduğunu açıqlayıb.
Hadisə baş verərkən Luqansk hava limanı yaxınlığındakı təhlükəsizlik kamerasının qeydə aldığı kadrlar da yayılıb. Müdafiə Nazirliyinin məlumatına görə, hərbi-nəqliyyat təyyarəsində əksəriyyəti hərbçilər olmaqla, 49 nəfər olub. İtki sayı barədə isə hələlik dəqiq məlumat yoxdur. Təyyarənin zenit raket kompleksi və irikalibrli pulemyotla vurulduğu bildirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Slovyansk şəhərində də humanitar yardım daşıyan An-26 təyyarəsi Rusiya-yönümlü qüvvələr tərəfindən vurulmuşdu. Mayın sonunda isə Slovyanskda helikopterin vurulması nəticəsində biri general olmaqla, 14 hərbçi həlak olmuşdu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər