BolgeXeber.Com » Gündəm » Ziya Məmmədov dövlət qurumuna cəza kəsdi

Ziya Məmmədov dövlət qurumuna cəza kəsdi

15-06-2014, 11:50
Oxunub: 3 572 Nəqliyyat Nazirliyi (NN) “Bakıelektrikşəbəkə” ASC-yə inzibati qaydada tənbeh tətbiq edib

Nazirlik ASC-nin əməkdaşlarını elektrik xətlərini çəkərkən avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqda günahlandırıb.Nəticədə NN ASC-ni 4 min manat cərimələyib.İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsində hüquqi şəxslər üçün maksimum cərimə məhz 4 min manatdır. Yəni, NN “Bakıelektrikşəbəkə”ni maksumum məbləğdə cərimələyib.“Bakıelektrikşəbəkə” ASC-nin hüquqşünasları cərimənin ləğv edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Qərardan apellyasiya şikayəti verilib.qafqazinfo