BolgeXeber.Com » Gündəm » İraq ordusu İŞİD-i belə məhv edir - VİDEO

İraq ordusu İŞİD-i belə məhv edir - VİDEO

15-06-2014, 12:35
Oxunub: 4 139 İraqda İŞİD silahlılarına qarşı müqavimət güclənməkdədir

Bir tərəfdə ölkədə baş verən zorakılıqlar nəticəsində hökumətin istefaya gedəcəyi gözlənildiyi halda, digər tərəfdə əli silah tuta bilən kişilər terrorçulara qarşı döyüşmək üçün könüllü şəkildə orduya yazılırlar.

Ötən gün İraqın şiə dini-lideri Sistani ağa xalqı silahlanmaya səsləmişdi. Rəsmi Bağdad könüllüləri silahla təmin edəcəyini açıqlayıb.

Zorakılıqlar fonunda Peşmərgə kimi tanınan kürd qüvvələri İraq dövləti üçün deyil, muxtariyyat üçün vuruşacağı barədə açıqlama verib. Bu isə, rəsmi Bağdada ciddi zərbə hesab olunur. Peşmərgə İraq əskərlərinin Kərkükdən çıxmasına əmr verib.

Bununla belə, Peşmərgə rəhbərliyi belə bir faktı təsdiqləməyib. Briqada komandirlərindən olan Sərhəd Qədir İraq əskərləri mövqelərini tərk etdikləri üçün regionda nəzarəti ələ aldıqlarını qeyd edib.

Terrorçu qüvvələrin paytaxt Bağdadın 60-80 kilometrliklərinə qədər irəliləməsi barədə xəbərlər yayılıb. İraqın bu qüvvələrə cavab verəcək gücünün olması isə, şübhə altındadır.

Bir qədər əvvəl Amerika hökuməti İraq ordusunun zəifləməsi barədə xəbərdarlıq etmişdi. İŞİD-in sürətlə irəliləməsi bəzi zabitlərin ordunu tərk edərək qaçması ilə nəticələnib.

Məlumata görə, hazırda silahlılara qarşı, əsasən, havadan müqavimət göstərilir. İraq helikopterləri terrorçuların gizləndiyi mövqelərinə aviazərbələr endirib. Bu barədə ölkənin baş naziri Nuri əl-Maliki açıqlama verib. İnsan itkisi barədə isə, hələlik məlumat yoxdur.

Gün ərzində ən qızğın döyüşlərdən biri Tikrit şəhərində gedib. Aviazərbələr nəticəsində 50-ə yaxın İŞİD silahlısı öldürülüb. Öldürülənlər arasında sabiq prezident Səddam Hüseynin oğlu İzzət İbrahim əl-Duri də olub.İraq ordusu "İraq Şam İslam Dövləti" terror qruplaşmasına havadan zərbələr endirib. Həmin görüntüləri təqdim edirik: