Qazax DYP-nin müavini dövlət qanunlarını hesaba almır
17-06-2014, 01:50
Oxunub: 5 208
"Qazaxda Namiq Hacıyevi çoxları “gecə bəyi” kimi tanıyırlar"
Yol polisi Namiq Hacıyev dövlət qanunlarını pozur. Əslində burada şübhəli heç nə yoxdur. Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki,Qazaxda Namiq Hacıyevi hamı belə tanıyır. O da məlumdur ki, polis kapitanı haralarda işləyibsə həmin yerlərdən ləkələnərək uzaqlaşdırılıb. Bunun nəticəsidir ki, Hacıyev neçə illədi mayor rütbəsi almaq fikrində olsa da, işindəki nöqsanlar buna imkan vermır. Yəni hazırada Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisinin müavini vəzifəsində çalışan Namiq Hacıyev hədsiz tamahkar və qatı rüşvətxordur. Onu bu vəzifədə saxlayan daxili işlər nazirliyinin kadrlar şəbəsinin general rəisidir. Həmin insan Namiq Hacıyevlə tələbə yoldaşı olub. Necə deyərlər, Namiqin çirkin hərəkətlərinə göz yuman general da artıq bunun əlindən təngə gəlib.
Mənbənin bildirdiyinə görə Qazaxda Namiq Hacıyevi çoxları “gecə bəyi” kimi tanıyırlar. Belə ki, Hacıyev “gecə qara, cücü qara” misalını düşünərək sürücüləri sərxoş oldu –olmadı hamısını saxlayıb iş birliyi qurduğu Qazax Rayonlararası Ruhi Xəstəxanasının narkoloqu Nahidə Osmanovanın iş yerinə deyil, birbaşa onun yaşadığı evə gətirir.
Evini laboratoriyaya döndərmiş Osmanova da Allahını unudub özlərinə xeyir edən formada analiz edərək saxta sərxoşluq haqqında aktlar tərtib edirlər. Həmin gündən də Nazmiq Hacıyev sürücülərə başlayır qiymət oxumağa. Əvvəlcə, məhkəmə ilə hədələyən Namiq Hacıyev onlardan 500-1000 manat istəyir. Səriştəli polis kapitanı yuxarıdan tutur ki, “müştəri” 500 manatda dayana bilsin. Əlbəttə, o belə etməsəydi düz 6 ayın içində, hələ tam hazır olmayan dəyəri 40.000 manat olan gözoxşayan ev tikdirə bilməzdi…
Mənbənin vediyi məlumata görə, hələ ötən il polis kapitanının belə qanundan kənar işləri üçün başı ağrı çəkib. Narkoloq Nahidə Osamanova da evini laboratoriyaya çevirdiyi üçün rayon prokuroluğunda danlanıb. Lakin tamah və pula hərislik hər ikisini yenə həmin “ bataqlığa” düşməyə vadar edir. Mənbə onu da bildirir ki, Namiq Hacıyevin özünə yol müfəttişinin nəzarəti lazımdır. Çünki, elə gün olmaz ki, polis kapitanı sərxoş olmasın. Bəs onda saxta müayinə ustası, Hippokrat andını içmiş Nahidə Osmanova niyə bir dəfə də olsun Namiq Hacıyevin sərxoşluğunu yoxlamır?
Narkoloqun özbaşınalığı ilə əlaqədar ruhi xəstəxananın baş həkimi Ramiz Mansurovla əlaqə saxladıq. Baş həkim Şəkidə olduğunu və bu məsələdən xəbərsizliyini bildirdi.
Mənbə onu da bildirir ki, Namiq Hacıyev ehtiyatlı adamdır. Hər yerdə ev tikməyi yaxşı bacarır. Onun Qazaxstanda da “evi-eşiyi” var. Amma nədənsə “Səni axtarıram”a hələ ki müraciət etməyib. Biz bilən, kimliyindən asılı olmayaraq haqdan, ədalətdən danışan insanın birinci növbədə özü təmiz olmalıdır. Təəssüfər olsun ki, polis kapitanı Namiq Hacıyevdə belə şeylər görünmür. Niyəsi, babalının boynuna…
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər