Mingəçevirdə arvadı ilə mübahisə edən şəxs evi yandırdı
17-06-2014, 12:10
Oxunub: 4 215
Mingəçevir şəhərində yanğın hadisəsi baş verib
Hadisə Energetik-5, ev-16 ünvanında qeydə alınıb. Şəhər sakini 43 yaşlı Mirzə Nəsibova məxsus evdə qaz balonun partlaması nəticəsində güclü yanğın baş verib. Yanğın nəticəsində ev, içərisində olan əşyalar və evə bitişik tövlə yanaraq yararsız hala düşüb. Evin xanımı, 1973-cü il təvəllüdlü Şəmsiyyə Nəsibova hadisəni həyat yoldaşı 1971-ci il təvəllüdlü Mirzə Nəsibovun törətdiyini bildirib.
Məlumata görə, M.Nəsibov içkili olduğundan həyat yoldaşı ilə mübahisə edib. Səs-küyü eşidən qonşular Polis Şöbəsinə bu barədə məlumat veriblər. Bundan daha qəzəblənən ər polisə xəbəri həyat yoldaşının verdiyini düşünüb. Gecə saatlarında evə gələn M.Nəsibov həyat yoldaşı ilə mübahisə etdikdən sonra qaz balonunu evə atıb və sonra kibriti alışdırıb.
Şəhər rayon polis şöbəsindən verilən məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Faktla bağlı Mingəçevir şəhər polis şöbəsi və Fövqəladə Hallar Nazirliyinin Mingəçevir Dövlət Yanğından Mühafizə hissəsində araşdırma aparılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər