Yasamal sakinləri “mavi”lərdən prezidentə şikayət etdilər
18-06-2014, 12:00
Oxunub: 4 208
“Bu əxlaqsızların ucbatından evimizdən çıxa bilmirik”
Yasamal sakinləri gecələr əraziyə toplaşan cinsi azlıqların əlindən dad edirlər.
Yasamal rayonu 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinləri Prezident Administrasiyasına və Yasamal rayon İcra Hakimiyyətinə müraciət ediblər. Sakinlər müraciətlərində bildirirlər ki, yay mövsümünün gəlişi ilə əlaqədar cinsi azlıqlar hər gecə onların yaşadığı ərazidə cəm olurlar: “Onlar Alatava qəsəbəsi istiqamətindən başlayaraq metronun “20 yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər. Təkliflərini də ərazidə gerçəkləşdirirlər. Şəxsi avtomobili olan homoseksuallar isə “xidmət”lərini avtomobildə həyata keçirirlər. Deyim ki, onlara görə, yaşadığımız əraziyə müştərilər cəm olurlar. Nəticədə yaşadığımız ərazidə sərbəst hərəkət edə bilmirik. Uşaqlar, qadınlar narahatlıq içindədirlər. İctimai əxlaqsızlıqdan gecələr yaşadığımız ərazidə hərəkət edə bilmirik”.
Müraciətdə qeyd olunur ki, sakinlər və ziyalılar narahatdırlar: “Biz mənəvi dəyərlərimizi əsas tutaraq sizdən xahiş edirik ki, tədbir görülsün. İnsanlar rahat yaşadığı ərazidə hərəkət etsin. Xahiş edirik, tabeliyinizdə olan polis orqanlarına ərazini daimi nəzəarətdə saxlaması üçün tapşırıq verəsiniz”.
Qeyd edək ki, PA-ya və RİH-ə ünvanlanan müraciətə bina sakinləri imza atıblar.
Musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər