Xətai DYP-nin əməkdaşları qanunları yox ,məmur oğlunu üstün tutublar
18-06-2014, 16:05
Oxunub: 11 100
Baş redaktora hədə-qorxu gəlinib
Xəbər verdiyimiz kimi dünən axşam axşam saatlarında Xətai metrosunun yaxınlığında Bolgexeber.com saytının baş redaktoru Vasif Turan naməlum şəxs tərəfindən təhdidə məruz qalmışdır. Belə ki, 90-EG-111 dövlət nömrə nişanlı “Cip” markalı avtomobili idarə edən şəxs Vasif Turana məxsus avtomobilin qabağını kəsmiş və bildirmişdir ki, baş redaktor idarə etdiyi avtomobil ilə onun maşınını zədələmişdir. Sayt rəhbəri bildirib ki, o heç bir yol hərəkəti qaydasını pozmayıb və əgər onun avtomobili həmin adamın avtomobilinə toxunsaydı maşında hər hansı bir iz qalardı.
Lakin məlum olub ki, həmin avtomobildə cızıq belə yoxdur. Amma buna baxmayaraq həmin şəxs açıq-aşkar baş redaktora böhtan atmış , ona hədə -qorxu gələrək bildirmişdir ki, onun atası yüksək vəzifəli məmurdur və buna görə ona hər şey keçərlidir
10 –YP-580 nömrəli xidməti maşınla hadisə yerinə gələn Xətai rayon DYP-nin inspektorları həmin şəxsin avtomobilinə heç nə olmamasına özləri də əmin olublar və hətta bunu dilə gilə də gətiriblər,ancaq buna baxmayaraq yenə də həmin şəxsin tərəfini tutublar. Ən maraqlısı odur ki, sonradan araşdırma zamanı məlum olmuşdur ki, 2013-cü ildən həmin maşın axtarışdadır.
Buradan da belə nəticə çıxartmaq olar ki, həmin adam həqiqətən yüksək vəzifəli məmurun oğludur . Bu səbəbdən yol polisləri məmur atasına arxalanan həmin şəxsdən çəkiniblər və açıq-aşkar qanunun aliliyini yox,baş redaktora şər-böhtan atan məmur oğlunu müdafiə ediblər. Əslində axtarışda olan maşın sahibinin məsuliyyətə cəlb edilməməsi çox təəcüblüdür. Bundan başqa Xətai rayon DYP-nin inspektorları özlərini vəzifə başında çox kobud aparıblar.Belə ki, onlar məsələni aydınlaşdırmaq üçün hətta maşından belə düşməmiş ,üstəlik heç bir günahı olmaya-olmaya baş redaktoru bölməyə aparmaqla hədələmişlər, özlərindən razı şəkildə ondan avtomobilin sənədlərini tələb etmişlər. Açıq-aşkar görünüb ki, yol polisləri hadisəni araşdırmadan baş redaktora böhtan atan şəxsin tərəfini tuturlar. Dediyimiz kimi bunun da səbəbi çox güman həmin adamın yüksək vəzifəli məmurun oğlu olması olub.Məsələ ilə bağlı Bolgexeber.com-un əməkdaşı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlamışdır. Lakin Vaqif Əsədov vaxtının olmamasını əsas gətirərək telefonu söndürmüşdür. Xətai rayon DYP idarəsinin rəisi Qəhrəman Qələndərov isə əməkdaşımıza söz verdi ki, məsələni araşdıracaq.
Xatırladaq ki, baş redaktor hadisə ilə bağlı artıq baş prokuror Zakir Qaralova və daxili işlər naziri cənab Ramil Usubova müraciət edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər