İlham Əliyev AYB-yə müraciət etdi
18-06-2014, 16:55
Oxunub: 3 946
İlham Əliyevdən AYB-yə təbrik
Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyi keçirilib
Yubiley tədbirində dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrdən gəlmiş qonaqlar və AYB-in çoxsaylı üzvləri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin AYB-in yaradılmasının 80 illik yubileyi münasibətilə təbrik məktubunu oxuyub.
Dövlət başçısı bütün Azərbaycan yazıçı, şair və ədəbiyyatşünaslarını Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, onlara yaradıcılıq uğurları arzu edib. Tarix boyu Azərbaycan xalqı əcdadlarımızdan qalmış ənənəyə sadiq olaraq, qələm əhlinə böyük ehtiram bəsləmiş, şeiri, sənəti yüksək qiymətləndirib.
Mərasimdə çıxış edən Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar təşkilatın keçdiyi tarixi yola nəzər salıb. 1934-cü ilin iyun ayında yaradılmış Azərbaycan Yazıçılar İttifaqının ilk sədri Məmmədkazım Ələkbərli olub.
Qarabağ məsələsi ortaya atılan gündən bu ədalətsizliyə qarşı ilk etiraz səsini qaldıran ictimai təşkilat məhz Azərbaycan Yazıçılar Birliyi olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər