55 yaşlı qadın küçədə can verdi, qohumları həkimlərə hücum etdi (VİDEO)
19-06-2014, 07:50
Oxunub: 3 708
Bakının Nizami rayonunda 55 yaşlı qadın edə küçədəcə qəfildən dünyasını dəyişib
Bolgexeber.com bildirir ki, APA TV-nin məlumatına görə, hadisə Qara Qarayev prospekti 96 ünvanında metronun "Neftçilər" stansiyasının yaxınlığında başverib. Şəki şəhər sakini Əbdürrəhimova Nərgiz Həbullah qızı kirayədə yaşadığı mənzilə gedən zaman halı pisləşib. Qadın yaşadığı binanın qarşısında yerə yıxılıb. Bina sakinləri 55 yaşlı qadına ilkin yardım göstərsələr də, Nərgiz Əbdürrəhimovanın vəziyyəti get-gedə pisləşdiyindən, təcili tibbi yardıma məlumat verilib. Lakin həkim briqadası gələnə qədər qadın dünyasını dəyişib. Hadisə yerində təcili tibb yardım stansiyasının həkimləri ilə mərhumun qohumları arasında qarşıdurma yaranıb.
Nizami Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları da hadisə yerində araşdırma aparıblar. Şahidlərin və dünyasını dəyişən qadının yaxınlarının ifadələri alınıb. İlkin araşdırma nəticəsində məlum olub ki, Nərgiz Əbdürrəhimova bir müddətdir "8-ci kilometr bazarı"nda ticarətlə məşğul olurmuş. Hadisədən bir neçə gün əvvəl isə, o, ürək ağrılarından şikayət ediyinə görə həkimə müraciət edib. Qadının məhz ürəyindəki problemlər üzündən dünyasını dəyişdiyi ehtimal olunur.
Hadisə yerində aparılan araşdırmadan sonra isə meyit daxili müayinə üçün ekspertizaya aparılıb. Ölümün dəqiq səbəbi Nizami rayon Prokurorluğundakı araşdırmalardan sonra məlum olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər