BolgeXeber.Com » Gündəm » Qubanın icra başçısı fermerlərdən 20 min manat rüşvət tələb edir? -VIDEO

Qubanın icra başçısı fermerlərdən 20 min manat rüşvət tələb edir? -VIDEO

19-06-2014, 15:50
Oxunub: 4 258 Quba rayon Xınalıq kəndində yaşayan fermer çobanlar Rrezidentdən komək istəyirlər

Qubanın Xınalıq kəndində heyvandarlıqla məşğul olan fermerlər rayonun icra başçısından şikayətçi düşüblər. Fermer Hüseynqulu Zəkəriyev bildirir ki, 2 aydı heyvanlarımızı öz dədə-baba torpaqlarımızda otara bilmirik. Çünki icra başçısı dolayı yolla hər bir fermerdən 15 min manat rüşvət istəyir ki, 1illik müqavilə ilə- biz sürülərimizi otlaqlarda otara bilək. Şikayətçi H. Zəkəriyev bildirir ki, əvvəllər icra hakimiyyətilə belə problem yaşamırdıq. Çünki hər ilə 3 min manat verib işimizin həllini asanlaşdırırdıq. Amma bu iki ildi ki, artıq pul almaqdan ötəri bizim sürüləri çayın qırağında məskunlaşdırıblar. İcra hakimiyyətinə xahişə getsəmdə mənim xahişimə məhəl qoyan tapılmır. İcra başçısının müavini Nəsrulla Vəliyev mənə deyir ki, hər ilinə 15 min manat versən mən icra başçısını razı salaram. Ancaq mənim bu məbləğə gücüm çatmır. Mən Nəsrulla məllimə dedim ki, bu işdə 20 ailə dolanır, 10 min manat bankdan kredit götürmüşəm , hələki gücüm buna çatır, bu məbləği verim müqaviləni imzalatdır. Amma Nəsrulla dediyin deyir, çağırdığın çağırır. Bir aydan sonra bu məsələ ilə bağlı rayon rəhbəri Mübariz Ağayevə müraciət etdim. İcra başçısını olanlardan xəbardar etdim. Mübariz Ağayev cavabında mənə bildirdi ki, "mən hər şeyi Nəsrullaha demişəm onun sözü mənim sözümdü-sən onunla razılaş məsələ də həllini tapsın. Biz hər bir fermerə 5 illik müqavilə təklif edirik, bu otlaqların dövlət rüsumu ili 15 min manatdı".
Fermer Hüseynqulu Zəkəriyev onuda bildirir ki, necə ola bilər, Şirvan rayonunun icra nümayəndəsi öz sürülərinə 10 illik 15 min manata, Bakı şəhərində işləyən Polis Generalının qoyun sürülərinə 20 min manata otlaq yerləri verirlər, amma biz babalarımızın doğulduğu torpaqda ailəmizi dolandırmaq üçün bir qarış torpağa həsrət qalmışıq!?
Azerinews.tv-yə üz tutan fermer belə promlemə düşən tək onların ailəsi olmadığını deyir. O bildirir ki, bizim kəndtə və qonşu kəndtlərdə mənim yaşadığım problemlə bağlı insanlar rəsmən əziyyət çəkirlər. Bu səbəbdən də biz yaxın günlərdə ailəmizi də götürüb Prezident Aparatına gedib öklə başçısı İlham Əliyevdən də kömək istəyəcəyik. Elə sizin sayt vasitəsi ilə də Prezident İlham Əliyevdən yalvararaq xahiş edirik ki, qurtarsın bizləri bu rüşvətxorların caynağından...
Əməkdaşlarımızın hazırladığı videonu hələlik qısa olaraq təqdim edirik: