Bu gün bürcünüz nə vəd edir?
20-06-2014, 08:50
Oxunub: 3 288
Bu günün bürcünü təqdim edirik
QOÇ - Yaxşı olar ki, bu gün özünüzü çox yormayasınız. Ən azı ona görə ki, əyləncə və gəzintilər üçün ayda-ildə bir dəfə əlinizə fürsət düşəcək. Buna baxmayaraq, uzaq yola çıxmaq məsləhət deyil.
BUĞA - O qədər də səmərəli vaxt deyil. Yaxşı olar ki, riskli işlərinizi, xüsusən də işgüzar görüşlərinizi təxirə salasınız. İş günü olsa da, vaxtınızı daha çox istirahətə həsr edin.
ƏKİZLƏR - Bürcünüz üçün ən uğurlu vaxt günün birinci yarısıdır. Göstərdiyimiz ərəfədə ağıllı şəkildə risk etmək sizə uğur gətirə bilər. Gün ərzində şəxsi büdcənizi artırmaq imkanınız da olacaq.
XƏRÇƏNG - Bütün sağlam sahələrdə mövqelərinizi qorumaq və möhkəmləndirmək başlıca vəzifəniz olmalıdı. Amma bütün vacib işlərinizi saat 18-ə qədər yekunlaşdırın ki, sonrakı ərəfənin düşərliliyini hiss edəsiniz.
ŞİR - Bəri başdan nəzərinizə çatdıraq ki, bu təqvimdə əsəblərinizi maksimum qorumalısınız. Ünsiyyətdə olduğunuz hər kəslə mehriban davranın. Yalnız gündəlik işlərinizlə məşğul olun.
QIZ - Əgər səhhətinizdə problem yoxdursa, qorxmağa dəyməz. Ən azı ona görə ki, gün ərzində rastlaşdığınız olaylar fərəh hissinizi artıracaq. Axşam öz evinizdə gecələməyiniz tövsiyə olunur.
TƏRƏZİ - Yeni işlərə başlamaq, perspektivli sövdələşmələr aparmaq üçün ideal ərəfədir. Çalışın ki, bu fürsətdən maksimum yararlanasınız. Aldığınız hər bir dəvətə razılıq verin.
ƏQRƏB - Adi bir təqvim yaşayacaqsınız. Hansısa qeyri-adilik gözləməyə dəyməz. Yalnız nahar ərəfəsində xırda mübahisələriniz mümkündür. Böyüklərin məsləhətini qulaqardına vurmayın.
OXATAN - Planetlərin bürcünüzdəki neqativ düzülüşü ümumi ovqatınızda gərginlik yaratsa da, bu, yalnız saat 15-ə qədər davam edəcək. Sonrakı müddətdə isə maraqlı hadisələrin şahidi olacaqsınız.
OĞLAQ - Yeni əlaqə və tanışlıq üçün səmərəli vaxtdır. Atacağınız addımları dönə-dönə ölçüb-biçin. Yorulmaqdan qorxmayın. Çünki zəhmətinizin bəhrəsini yaxın vaxtlarda görəcəksiniz.
SUTÖKƏN - Əsas vaxtınızı fəaliyyət amilinə həsr edin. Çünki ulduzlar bu təqvimdə daha çox məlum sahədə sizə enerji bəxş edəcək. Saat 18-21 aralığında isə qonaq getmək sizə rahatlıq gətirəcək.
BALIQLAR - Daha çox fəaliyyətlə məşğul olmağınız məsləhət görülür. İndi sizin ən məhsuldar dövrünüz olduğu üçün boş dayanmağa lüzum yoxdur. Doğmalarınızla münasibətlərə obyektiv yanaşın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər