BolgeXeber.Com » Gündəm » Metroda növbəti qalmaqal

Metroda növbəti qalmaqal

20-06-2014, 09:15
Oxunub: 3 572 Bu gün Bakı metropolitenində daha bir qalmaqallı olay yaşanıb

Bolgexeber.com milli.az-a istinadən xəbər verir ki, "Həzi Aslanov" - "İşərişəhər" istiqamətində hərəkət edən qatar "Gənclik" və "28 May" stansiyaları arasında tuneldə dayanıb. Bu zaman 20-22 yaşlı bir oğlan 35 yaşlarında xanıma söykənib.

Qadın səs-küy salaraq etirazını bildirib. Qatar platformaya yaxınlaşan kimi bir neçə gənc həmin oğlanı vaqondan düşürüb. Xanım onu polisə vermək istəsə də, həmin oğlanlar buna icazə verməyib adamı metrodan çıxarıblar.

Xatırladaq ki, dünən də metroda oxşar hadisə baş vermişdi.