BolgeXeber.Com » Gündəm » Ukraynada günün əməliyyatı: 300 separatçı məhv edildi

Ukraynada günün əməliyyatı: 300 separatçı məhv edildi

20-06-2014, 10:35
Oxunub: 3 443 Anti-terror qüvvələri separatçılar üçün strateji əhəmiyyət daşıyan Yampol və Zakotne istiqamətində hərbi əməliyyatları davam etdirirlər

Slavyanska daşınan silah-sursatlar son vaxtlar bu iki yaşayış məntəqəsi vasitəsilə həyata keçirilirdi.

Bu barədə Anti-terror mərkəzinin mətbuat xidmətinin rəhbəri Vladislav Seleznyov jurnalistlərə açıqlamasında deyib.

“Anti-terror qüvvələrinin başlıca məqsədi regionun dinc əhalisini təhlükə qarşısında qoyan quldur dəstələrini məhv etməkdir. Ukrayna hərbçilərinin aviasiya ilə birlikdə apardığı əməliyyat nəticəsində terrorçuların blok-postları və pusquları məhv edilib. Dəqiq məlumata görə, anti-terror qüvvələri 300-dən çox separatçı məhv ediblər. Yaralıların sayı isə həddindən artıqdır. əməliyyat nəticəsində 4 Ukrayna hərbçisi qəhrəmancasına həlak olub, 20 nəfər isə yaralanıb”, axar.az