BolgeXeber.Com » Gündəm » Qənimət Zahidin “Facebook“ profili oğurlanıb

Qənimət Zahidin “Facebook“ profili oğurlanıb

20-06-2014, 11:15
Oxunub: 3 696 "Bəy məndə kart hesab nömrəsi var, ona nə edə bilərik"

Bu barədə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu öz "Facebook" profilində yazıb. Belə ki, profili oğurlayan şəxs Qənimət Zahidin profilinin adını dəyişərək Ganimat Zayidov edib və Rauf Arifoğluna şəxsi mesaj yollayıb.
O, profilinin oğurlanması ilə bağlı “Yeni Müsavat”ın yayımladığı xəbərin silməsini xahiş edib. Daha sonra profili qaytarmağın ona 300 avroya başa gəldiyini bildirib. "Bəy məndə kart hesab nömrəsi var, ona nə edə bilərik" cümləsi isə mesajların profili oğurlayan şəxs tərəfindən yazılmasına sübut olub. Rauf Arifoğlu həmin yazışmanı öz profilində də yayıb.
Bolgexeber.com