Əhməd Əhmədzadə ermənilərlə qohumdur?
20-06-2014, 13:55
Oxunub: 4 275
Yaxşı olar ki, bu suala DİN-in uyğun idarəsi cavab versin
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadənin oğlu Cuma Əhmədzadənin büdcədən meliorasiya və su təsərrüfatına ayrılan milyonların bir sıra saxta MMC-lər vasitəsi ilə yuduğunu eşitmişdik. Onlar bu əməliyyatlar zamanı erməni əsilli qohumlarına da pay ayırırlar.
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) internet ünvanına maraqlı məlumat daxil olub.
Belə ki, sənəddə 04 aprel 2011-ci ildə qeydiyyatdan keçmiş nizamnamə kapitalı cəmi 100 AZN olan “PROYEKT” MMC-nin təsisçiləri arasında Umarov Nadir Osman oğlu və Əhmədzadə Cuma Əhməd oğlu olduğu görsənir. Əhmədzadə Cuma Əhməd oğlu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadənin oğludur. Milyonların yuyulduğu MMC-nin digər təsisçisinin kim olduğu isə hamıya maraqlı olduğu üçün araşdırma apararaq aşkar etdik ki, 1955- ci il təvəllüdlü Umarov Nadir Osman oğlu Əhməd Əhmədzadənin həyat yoldaşının dayısı oğludur. Maraqlısı isə odur ki, bu Umarov Nadirin öz həyat yoldaşı isə erməni milliyətinə məxsus 1989-cu ildə adını dəyişərək Fəridə olmuş Firadır. Maraqlısı isə odur ki, bu Fira bütün köhnə sənədlərini saxtalaşdıraraq özünü azərbaycanlı kimi qələmə verib, ancaq ehtiyatlanaraq yoldaşı ilə eyni evə pasport qeydiyatına da düşməmişdir. Əhmədzadələr bu erməni xanımın 1988-ci il hadisələri zamanı Avropaya qaçaraq sığınacaq almış bacısının da İsveçrə vətəndaşlığından istifadə edərək Avropada da bir neçə müxtəlif adlı firmalar açmışlar ki, bununla da həm özləri yararlanmış, həmçinin də Azərbaycanın dövlət büdcəsinin qaymağını erməni əsillilərə yedirtmişdilər. Umarov Nadirin özü və ailə üzvləri həmçinin ASC-nin ölü canları sırasındadır.İşləməsələr də əmək haqqı alırlar.
Bu məlumatı dəqiqləşdirmək üçün DİN-in Pasport və qeydiyyat idarəsi ilə əlaqə saxlamaq mümkün olmadığı üçün məlumatla bağlı sorğu göndərmək qərarına gəldik.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər