BolgeXeber.Com » Gündəm » “Zaminbank” ASC-nin vəzifəli şəxslərinə cinayət işi açıldı

“Zaminbank” ASC-nin vəzifəli şəxslərinə cinayət işi açıldı

20-06-2014, 16:35
Oxunub: 4 020 Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə məlumat Bolgexeber.com-a Baş prokurorluqdan verilib. Araşdırma zamanı “Zaminbank” ASC-nin Xırdalan filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olan Türkiyə vətəndaşlarına guya onların cari hesablarında Azərbaycan ərazisində əcnəbilərə müvəqqəti yaşamaq üçün icazənin verilməsindən ötrü nəzərdə tutulan 100 min manat məbləğində pul vəsaitinin olması barədə saxta arayışlar vermələrində şübhələr üçün əsaslar olub. Bu fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Bolgexeber.com-a