BolgeXeber.Com » Gündəm » Azərbaycan sərhədində deputatlardan 1 milyon müsadirə olunub

Azərbaycan sərhədində deputatlardan 1 milyon müsadirə olunub

20-06-2014, 17:35
Oxunub: 3 953 Bu həftə Azərbaycan-Gürcüstan sərhədində gürcü deputatları saxlanılıb

"Gürcüstan deputatları İrma Nadiraşvili və Zurab Caparidzenin üstündə gömrük bəyannaməsinə salınmamış böyük məbləğdə pul olub. Ona görə də onları Bakı aeroportunda saxlamışdılar". Bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi deputatları qanunauyğun şəkildə yoxladıqdan sonra sərbəst buraxıb.
Bakıda sərbəst buraxıldıqdan sonra Tiflisə gedən Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının deputatı İrma Nadiraşvili aeroprtda jurnalistlərə açıqlamasında deyib ki, onun və Zurab Caparidzenin üstündə 1 milyon pul və elektroşok olmayıb: “Əgər bizdə deklarasiya olunmamış 1 milyon pul və elektroşok olsaydı, bizi azad edə bilərdilər? Bizi başdan ayağa kimi yoxladılar. Ancaq heç nə tapmadılar”.

Qeyd edək ki, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze demişdi ki, İrma Nadiraşvili və Zurab Caparidze külli miqdarda pul keçirmək istəyiblər. Səfir pulun təxminən 1 milyon dollar olduğunu demişdi.

Gürcüstan mətbuatı isə yazırdı ki, İrma Nadiraşvili və Zurab Caparidze Azərbaycan tərəfə külli miqdarda pulla yanaşı elektroşok cihazlar da keçirmək istəyiblər.