BolgeXeber.Com » Gündəm » Ərini işgəncəylə öldürdü - Qubada dəhşət+VİDEO

Ərini işgəncəylə öldürdü - Qubada dəhşət+VİDEO

21-06-2014, 10:45
Oxunub: 5 002 Qubada dəhşətli qətl hadisəsi baş verib

Qadın həyat yoldaşının canına qıyıb.Odun parçası ilə edirilən zərbələrdən ailə başçısı gözlərini əbədi yumub.Bolgexeber.com ANS -ə istinadən xəbər verir ki, qətl Qubanın Susayqışlaq kəndində baş verib. Ailə üzvləri əvvəlcə kənd sakini, 2-ci qrup əlil Zeynal Xanəliyevin ağacdan yıxıldığını desələr də araşdırmalar onun öz arvadı tərəfindən qətlə yetirildiyi qənaətinə gəlib.

Quba rayon prokurorunun böyük köməkçisi Rövşən Əhmədovun sözlərinə görə, təyin edilmiş məhkəmə-tibb ekspertizası nəticəsində müəyyən oldu ki, mərhumun üzərində bədən xəsarətləri var: “Sonradan onun yoldaşı Gülnaz Xanəliyeva öz ifadəsində etiraf etdi ki, həyat yoldaşı onun tərəfindən döyülərək öldürülüb”.

Rövşən Əhmədov mərhum Zeynal Xanəliyevin odun parçası ilə qətlə yetirdiyini bildirdi.

Quba polisi 3 qız anası Gülnaz Xanəliyevanı şübhəli şəxs qismində həbs edib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb.