BolgeXeber.Com » Gündəm » Yarım saatlıq bağlanma Feysbuka 800 minə başa gəldi

Yarım saatlıq bağlanma Feysbuka 800 minə başa gəldi

21-06-2014, 11:55
Oxunub: 3 494 Feysbukun yarım saat dayanması şirkətin 800 min dollar itirməsinə səbəb olub

2014-cü ilin birinci rübündə Feysbukun 2,5 milyard dollar gəliri olduğunu nəzərə alsaq, orta hesabla şirkət saatda 1,6 milyon dollar qazanır. Belə ki, yarım saatın dəyəri 800 min dollara bərabərdir.

Cümə axşamı saat 1 radələrində Feysbuka daxil olmaq mümkün olmayıb. Sayta daxil olarkən sosial şəbəkənin səhifəsində “Nəsə düzgün deyil” yazılırdı. Bu barədə Feysbukun mətbuat xidməti belə deyib:

“Texniki problem baş verib. Bu səbəbdən insanlar Feysbuk səhifələrini yeniləyə bilmirdilər. Biz problemi tez zamanda həll edib, işi bərpa etdik. Narahatlığa görə üzr istəyirik”.

Qeyd edək ki, Feysbukun aylıq aktiv auditoriyasını 1,3 milyard istifadəçi təşkil edir. Sayta aktiv olaraq hər gün daxil olanların sayı 800 milyondur.