BolgeXeber.Com » Gündəm » İcra başçısı şikayətçi qadın tərəfindən döyüldü- ŞOK İDDİA

İcra başçısı şikayətçi qadın tərəfindən döyüldü- ŞOK İDDİA

21-06-2014, 13:40
Oxunub: 2 789 Ağsu rayon icra başçısı Səlim müslümovun dayısı Ənvər Seyidəliyevlə bağlı ilginc məlumatlar daxil olub. Daxil olan məlumatda bildirilir ki, məmurların özbaşınalığından yorulan (hələlik adının çəkilməyin istəməyən) həyat yoldaşından bir il əvvəl ayrılmış 26 yaşlı xanım icra başçısına şikayətə gedib. Köməkçi icra başçısının otaqda olmadığını desədə kameradan xanımın gözəlliyinə vurulan Ə.Seyidəliyev köməkçiyə şikayətçini otağa buraxmağını tələb edib. Şikayətçi xanım rayon rəhbərinə sosial yardım mərkəzində onun başına açılan müsübətdən danışıb. İcra başçısı onun problemini həll edəcəyini ancaq bunu müqabilində onunla yaxın olmağını bildirib. Bu sözlərdən şoka düşən xanım icra başçısını söyüb təhqir edərək onun üstünə hücüm çəkib. Deyilənə görə icra başçısı ilə əlbəyaxa olan xanım şikayətçi onun sifətinə ağır zərbələr endirib. Otaqda yaranan hay-küyü eşidən köməkçi rayon rəhbərini şikayətçi qadının əlindən zorla alıb. Hadisə ilə bağlı polis çağrılsada icra başçısı bu hadisənin gizli qalmasını tapşırıb.
Azerinews.tv-yə daxil olan digər məlumatlarda isə bildirilir ki, Ənvər Seyidəliyev bu yaxınlarda da belə bir halla üz-üzə qalıb. Beləki, rayon rəhbəri uyğunsuz vəziyyətdə fotoşəkilləri üzə çıxıb. Bakıda lentə alınmış həmin fotoşəkillərdə icra başçısının başqa bir qadınla münasibətlərinin olduğu aşkarlanıb. Məlumatlarda iddia edilir ki, Ağsunun icra başçısının həmin qadınla münasibətləri bir neçə il bundan əvvəl yaranıb. Evli olan həmin qadınla tanışlıq isə rayon İcra Hakimiyyətində baş tutub. Jurnalist fəaliyyətilə məşğul olan həmin xanım Seyidəliyevlə bir neçə ildiki görüşür. Rayondakı qaynağımızın bizə ötürdüyü məlumata görə icra başçısı bu münasibətlərinin davamı olaraq xanım jurnalistə bir otaqlı mənzil də hədiyyə edib. Elə bundan sonra xanım öz həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət edərək boşanıb. Mənbə bildirir ki, icra başçısı pul gücünə xanım jurnalisti başdan etməsi onun ailəsinin dağlmasına səbəb olub. Onuda bildirək ki, hadisə əməkdaşlarımız tərəfində araşdırılır. Araşdırmalarımız bitdikdən sonra bu məsələ ilə bağlı Ağsu rayonunda baş verən özbaşınalıqlarla bağlı geniş reportaj dərc edəcəyik. Bizi izləyin...