Bakı küləyi ən hündür bayrağı cırdı- Fotolar
22-06-2014, 15:00
Oxunub: 3 820
Bakıda güclü küləyin əsməsi fəsadsız ötüşməyib.
Bolgexeber.com-un məlumatına görə, azxeber.com-un elektron ünvanına göndərilən fotolar bu gün səhər saatlarında çəkilib.
Ötən axşamdan başlayan güclü küləyin əsməsi növbəti dəfə Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli Azərbaycan bayrağını cırıb.
Əsasən güclü küləyin əsməsi zamanı küləyin bayrağı cırmaması üçün bayraq aşağı endirilir. Ancaq fotolardan da göründüyü kimi, bayraq aşağı endirilsə də onun mühafizəsi təmin edilməyib. Nəticədə külək 162 metr hündürlüyü olan bayrağa ziyan verib.
Qeyd edək ki, meydandakı bayrağın çəkisi 350 kiloqramdır. İnşa olunmuş dayağın hündürlüyü isə 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. “Ginnes”in dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər