BolgeXeber.Com » Gündəm » Xətaidəki 2 saylı Uşaq Poliklinikasında arayış alveri

Xətaidəki 2 saylı Uşaq Poliklinikasında arayış alveri

23-06-2014, 09:50
Oxunub: 2 991 Tibb ocağının rəhbərliyi isə yığılan pulları Səhiyyə Nazirliyinə verdiklərini deyirlər

Xətai rayonunda yerləşən 2 saylı Uşaq Poliklinikasından şikayət edənlərin sayı xeyli artıb.Bolgexeber.com Jam.az-a istinadən xəbər verir ki, buna səbəb sözügedən tibb ocağında uşaqlara verilən sağlamlıq haqqında arayışın satılmasıdır.

Məlumatlara görə, uşaqları üçün sağlamlıq arayışı almaq istəyən valideynlərə 2 saylı Uşaq Poliklinikasında bildirirlər ki, əgər 25-30 manat verməsələr, həmin sənədi ala bilməyəcəklər. Üstəlik, onlara o da deyilir ki, valideynlərin şikayət etməsinin heç bir xeyri də yoxdur. Çünki yığılan pulları birbaşa Səhiyyə Nazirliyinə çatdırılır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Onların da münasibətini yayımlamağa hazırıq.