BolgeXeber.Com » Gündəm » Daha bir dondurma biabırçılığı-“Маша и мeдвeдъ”

Daha bir dondurma biabırçılığı-“Маша и мeдвeдъ”

23-06-2014, 12:40
Oxunub: 3 027 Məlum olub ki, sexdə hazırlanan dondurmaların üzərində xarici ölkələrdə istehsal olunduğu yazılır

“Маша и мeдвeдъ” əmttə nişanlı uşaq dondurmaları Azərbaycanda istehsal edilsə də qablaşdırmanın üzərində məhsulun xaricdə istehsal olunduğunu yazmaqla alıcıları aldadılar.

Bolgexeber.com bildirir ki,bunu virtualaz.org saytına İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər.

Xəbərdə deyilir ki İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən dondurma istehsalı müəssisəsində yoxlama aparıb.

Məlum olub ki, sexdə hazırlanan dondurmaların üzərində xarici ölkələrdə istehsal olunduğu yazılır. Beləliklə də markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan saxta dondurmaların istehsal edildiyi müəyyən olunub.

Yoxlama zamanı yağlılığı 12 faiz olan vanilli və şokoladlı plombir dondurmaların gigiyenik, yağlılığı 8 faiz olan qaymaqlı dondurmanın isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi və onların markalanmasında məhsulların sertifikatlaşdırıldığı barədə yalnış məlumatlar verildiyi aşkarlanıb.

Bundan başqa, “Sovetskiy”, “Algida” adlı dondurmanın markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi, “Bakı gecələri” adlı plombir dondurmasının çəkisindəki kənarlaşma həddinin normativ-texniki sənəddə nəzərdə tutulmuş həddən artıq göstərildiyi müəyyən edilib.

Qeyd edək ki, nazirlik bundan əvvəl “S.A.B.A. Şirkəti” MMC-yə və “AER” şirkətinə məxsus istehsal müəssisələrində yoxlama aparmış, “Flaminqo”, “Oazis”, “Oreşek”, “Çornoye zoloto”, “Lipetskiy”, “Maqnat”, “Komandor”, “Daşa”, “Belıye noçi”, “Mitya”, “Boqatır”, “Perezaqruzka”, “Plombir”, “Lubimım”, “Piramida”, “Lakomka”, “Maqnuliya”, “Beloçka”, “Snequroçka”, “Cornella”, “Zimaletta”, “Sfinks”, “Anata”, “Ptiçye moloko”, “Futik”, “Vernisaj”, “Oryol”, “Aysberq”, “Klimanka”, “Zimuşka-Zima” dondurmaların markalanmasında, hazırlanmasında nöqsanlar aşkarlamışdı.

Nazirlik xəbərdarlıq edir ki, baş vermiş nöqsanlara görə cərimələr tətbiq edilir.