BolgeXeber.Com » Gündəm » Zərdabi Mətbuat Mərkəzi və “KredAqro” BOKT Zaqatalada “dəyirmi masa” keçirdi
Zərdabi Mətbuat Mərkəzi və “KredAqro” BOKT Zaqatalada “dəyirmi masa” keçirdi
23-06-2014, 15:35
Oxunub: 6 484
“Yaxşı olardı ki, bank-kredit təşkilatları özlərinin ən fəal müştəriləri üçün “İlin debitoru” mükafatını təsis etsinlər"
Zərdabi Mətbuat Mərkəzi və “KredAqro” Bank Olmayan Kredit Təşkilatının “Bank-kredit sektoru-debitor-ictimaiyyət və media münasibətləri KİV müstəvisində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində keçirilən ikinci “dəyirmi masa” Zaqatalada həmin cinahları yenidən bir araya gətirib. “KredAqro” BOKT-nin bu şəhərdəki filialında düzənlənən tədbirdə Zaqatala, Qax və Balakənin bank-kredit sektorunun yerli filiallarının, regional qəzetlərin təmsilçiləri, debitorlar və ictimaiyyət nümayəndələri mövzu ilə bağlı diskussiyalara qatılıb, fikir və rəylərini söyləyiblər.
Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Tofiq Əhmədov iştirakçıları salamlayaraq bildirib ki, belə formatda “dəyirmi masa” regionda ilk dəfə keçirildiyindən, tərəflər arasında anlaşma mühitinin dərinləşməsinə, bir sıra məqamların müzakirələr yolu ilə aydınlaşdırılmasına xidmət etditindən önəmlidir. O deyib: “Söhbət həyati əhəmiyyətli, insanların rifahı ilə bağlı bir məsəslədən getdiyindən belə görüşlərrin gələcəkdə də reallaşdırılması hamımızı qayğılandırmalıdır”. T.Əhmədov Zaqatalada 8 bank, 4 bank olmayan kredit təşkilatı filiallarının fəaliyyət göstərdiyini, onların sırasına yenilərinin əlavə olunacağını, rayon mətbuatının, eyni zamanda ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin bölgə müxbirlərinin baş verən yenilikləri operativ işıqlandırdığını misal çəkərək iştirakçıları tədbirin yaradacağı diskussiya imkanlarından geniş yararlanmağa çağırıb.
Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə məlumat verib ki, rəhbəri olduğu qurum 3-cü ildir ki, “KredAqro” BOKT ilə əməkdaşlıq edir: “Bank-kredit sektoru həyatının mediada çox zəif işıqlandırılması kimi mənfi tendensiyanın aradan qaldırılması məqsədi 2012-ci il də birgə əməkadaşlığımızın təməlinı qoydu. Biz ona görə də “KredAqro”nu layihə tərəfdaşı seçdik ki, 2000-ci ildən Azərbaycannın 9 regionunda sahibkarlara maliyyə xidmətləri göstərmək üçün yaradılan təşkilat media ilə əməkdaşlığı, maarifləndirməni özünün daim prioritet istiqamətlərindən sayır. Elə ilk ildə bunun müsbət nəticələri özünü göstərdi. 2012-ci ilin 9 ayında aparılan monitorinqləri aparılan 31 KİV-də 4210 material verildi. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən də çoxdur”.
Qazanılan uğurun missiyaya bölgə mətbuatının cəlb edilməsinə həvəsləndirdiyini deyən R.Hüseynzadə ötən ilin layihəsi çərçivəsində Şəki, Quba, Lənkəran və Bərdədə keçirilən tədbirlərin yerli KİV-lərin bu sahəyə üz tutduqlarına təsirsiz qalmadığını vurğulayıb. Qeyd edib ki, 2014-cü ildə debitorlar da layihənin əhatə dairəsinə qoşulub.
“KredAqro” BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyev iştirakçıların diqqətini əvvəlcə təmsil etdiyi qurumun fəaliyyətinə çəkib. Qurumun Azərbaycanın bank olmayan kredit təşkilatlarının nüfuzlu nümayəndələrindən olduğunu söyləyərək “Consulting & Business” kimi tanınmış, işgüzar jurnal tərəfindən 2008-2012-ci illərin “Bank olmayan kredit təşkilatı” nominasiyasının qalibi kimi “İlin Şirkəti” mükafatına, ötən il isə Fransanın paytaxtı Parisdə “Business İnitiavite Directions” (BİD) şirkətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə “WQC AVARD” mükafatının “Qızıl” kateqoriyasına layiq görüldüyünü deyib. “Fərəhli haldır ki, KİV-lərimizdə sektorla bağlı təqdim olunan materialların artımı tendensiyası bu ildə də davam etməkdədir. Media belə desək, bu il də aktiv temp saxlamaqdadır. Monitorinqə başladığımız mart, aprel, may aylarında ümumilikdə 2874 material təqdim olunub (qəzetlərdə 1346, informasiya agentliklərində1528). Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 545 material çoxdur”.
İbrahim İbrahimov baş redaktoru olduğu 91 yaşlı “Zaqatala” qəzetinin regionun ilk mətbu orqanı kimi tarixindən danışaraq yeri medianın bank-kredit məsələləri və debitorlarla bağlı mövzulara ara-sıra üz tutmasını yolverilməz hal sayıb. Baş redaktor əminliyini bildirib ki, “dəyirmi masa” mənfi tendensiyanın aradan qaldırılmasıa təkan verəcəkdir: “Yaxşı olardı ki, bank-kredit təşkilatları özlərinin ən fəal müştəriləri üçün “İlin debitoru” mükafatını təsis etsinlər. Qaliblər təntənəli surətdə mükafatlandırılsın”.
Debitorlardan Nurəddin Əlimov (Qax), Salehəddin Süleymanov (Zaqatala) və İbrahim İsmayılov (Balakən) çıxışlarında götürdükləri kreditlərdən necə faydalı istifadə etdiklərindən, yeni iş yerləri açdıqlarından, istehsalı artırdıqlarından söhbət açaraq həvəsləndirici tədbirlərə, medianın dəstəyinə geniş ehtiyac duyduqların diqqəti çatdırıblar. Təhsil İşçiləri Həmkarlar İttifaqının Rayon Komitəsinin sədri Sona Qazıyeva tədbirin tərəflər arasında inamın, etimadın yüksəldilməsi baxımından əhəmiyyətindən danışıb. Özünün də bank müştərisi olduğunu vurğulayaraq KİV-lərdə “Müştəri və bank əlaqələri” rubrikasının açılmasını təklif edib.
Bank-kredit sektorunun yerli filiallarından Ülvi Kərimov (“Finca Azərbaycan”), Tofiq Kalayev (“Kapital Bank”), Asəf Qurbanov (“KredAqro” BOKT) və başqaları dayanacaqlara bildirişlər vurmaqdansa çoxsaylı abunəçisi və izləyicisi olan KİV-lərlə əlaqələri daha da sıxlaşdırmağın vacibiyindən söhbət açıblar.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər