Təqaüddə olan polis BDYPİ-dən şikayət edir
24-06-2014, 10:05
Oxunub: 3 456
Balakişi Hüseynov: «YPX Alayında məndən iki səhifəlik arayış üçün 400 manat pul istədilər»
Təqaüddə olan polis Balakişi Hüseynov prezident İlham Əliyevə Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) başına gətirilən oyunlardan dolayı müraciət ünvanlayıb. Redaksiyaya daxil olan həmin müraciətdə qeyd olunur ki, sabiq polis işçisi B.Hüseynovun sonuncu iş yeri DİN BDYPİ-nin YPXA-nın 11-ci tağımında yol patrul xidməti müfəttişi vəzifəsi olub.
O qeyd edir ki, 31 oktyabr 2009-çu il tarixdə 132 saylı əmrlə təqaüdə cıxarılıb. «28 il müddətində tutduğum vəzifədə qüsursuz calışmışam, dəfələrlə yaxşı mənada fərqləndiyimə görə rəhbərlik tərəfindən təşəkkür almışam. Amma işdən çıxarıldıqdan sonra BDYPİ-də mənim başıma min bir oyun açıblar».
Balakişi Hüseynov yazır ki, bir müddət əvvəl daxili işlər naziri Ramil Usubova müraciət edib. Sonradan isə müraciətinə baxılması üçün BDYPİ-yə göndərilib. «Bununla əlaqədar BDYPİ YPXA-nın komandiri Balakişi Əhmədov mənimlə telefon əlaqəsi saxladı və bildirdi ki, «niyə sən təkrarən təzədən şikayət yazmısan». Bunun mənim qanuni hüququm olduğunu bildirdikdə isə B.Əhmədov cavabında qeyd etdi ki, guya, mənim psixoloji durumum normal deyil və «Səni həkimə göstərmək lazımdır». Əgər mənim psixoloji durumumda hansısa problem var idisə, o zaman mən YAP-ın üzvü olaraq son prezident seçkilərində necə müşahidəçi təyin olunmuşam? Necə olur ki, işlədiyim 28 il ərzində dəfələrlə həkim müayinəsindən keçdiyim halda bircə dəfə də olsun bu tip bir rəy, fikir və ya hansısa qüsur aşkarlanmayıb?».
Prezident İlham Əliyevin qəbuluna düşmək istədiyini vurğulayan Balakişi Hüseynov BYDPİ-də onun pul alındığını da qeyd edib. O bidirib ki, təqaüdə çıxdıqdan sonra onu veriləmli olan pulu almaq üçün BDYPİ-də ondan iki arayış istəyiblər. «Həmin arayışların alınması üçün hər birinə 400 manat verməyimi zəruri bildilər. Amma mən bu qədər pulum olmadığından həmin məbləği ödəməkdən imtina etdim. Onlar da birtəhər üzərimdə olan 100 dolları alaraq, götürdülər. Bu pulun hansı məqsədlə və rüsum müqabilində alındığını soruşsam da, cavab verən olmadı. Sonradan nələrin baş verdiyini anladım. Amma mənim üçün hələ də qaranlıqdır ki, cəmi iki səhifədən ibarət olan həmin arayışın bu qədər baha olmasının səbəbi nədir?»
Sabiq polis əməkdaşı sonda bildirir ki, faktiki olaraq bu gün çətin vəziyyətdə yaşayır və BDYPİ-dəki varlı məmurlarla mübarizə aparmaq üçün gücü yoxdur. «Mənim ümidim Sizədir, çənab Prezident! Mən Sizdən rica edirəm ki, bir polis veteranı kimi mənim hüquqlarımı müdafiə etməyimə yardımçı olasınız. İnanıram ki, Siz bu işə aydınlıq gətirəcəksiniz».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər