“RoyalBank”la bağlı daha bir həbs
24-06-2014, 14:35
Oxunub: 3 521
150 min manat vəsait mənimsənilib
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin “Qazax” filialının vəzifəli şəxsləri tərəfindən qanunsuzluqlara yol verilməsi faktı üzrə başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Bolgexeber.com-a Baş Prokurorluqdan daxil olan məlumata görə, aparılmış istintaqla filialın sabiq müdiri Elmir Əsgərovun qulluq mövqeyindən istifadə edərək cəmiyyətin vəzifəli şəxsləri ilə əlbir olub Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən ASC-nin hesabına köçürülmüş 650 min manat məbləğində vəsaiti kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə digər şəxslərin adına sənədləşdirib həmin vəsaitin 150 min manatını mənimsəməklə “RoyalBank” ASC-yə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər