Bu gün bürcünüz nə vəd edir?
25-06-2014, 08:35
Oxunub: 3 282
QOÇ – Sağlamlığınızla bağlı çətinliyinizi dəf edə bilsəniz, qarşıya qoyduğunuz planları reallaşdıra biləcəksiniz. Hətta nahardan sonra varlanma ehtimalınız da var. Özünüzə təzə bir şey alın.
BUĞA - Sağlıq durumunuzu nəzarətdə saxlayın. Orqanizminizi gümrahlaşdırmaq üçün mümkün tədbirləri həyata keçirin. Bunun üçün ən rahat yol pəhriz saxlamaqdır. Maddi sıxıntılarınız azalmaqdadır.
ƏKİZLƏR - İş yerində mübahisələriniz gözlənilir. Belə neqativ hallardan yayınmaq üçün davranışlarınızda nəzakətli olun. İndiki məqamda belə şeylər yaramaz. Büdcənizi sağa-sola səpməyin.
XƏRÇƏNG - Yeni görüş və danışıqlar üçün uğurlu təqvimdir. Özünüzü təmkinli və dözümlü aparın ki, sövdələşmələrin nəticəsi xeyrinizə olsun. Özünüzü yerli-yersiz tərifləməyin. Sadə olun.
ŞİR - Saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunduğundan əsas gücünüzü istirahətə yönəltməlisiniz. Bu gün sizə soyuq və duzlu qidalar qəbul etmək məsləhət görülmür.
QIZ - Hər mənada səmərəli təqvimdir. Bir tərəfdən perspektivli görüşlər, digər tərəfdənsə sevindirici xəbərlər ovqatınızı xeyli yüksəldəcək. Axşam dostlarınızla birgə gəzintiyə çıxın.
TƏRƏZİ – Ümumi kosmik mənzərə səhhətinizlə bağlı diqqətli olmağı tövsiyə edir. Belə ki, qara ciyərinizlə bağlı problemləriniz mümkündür. Fəaliyyət istiqamətində isə çətinliyiniz gözlənilmir.
ƏQRƏB - İşgüzar sövdələşmələrdə iştirak etmək üçün olduqca səmərəli gündür. Müzakirələr apardığınız həmsöhbətləriniz sizə xeyirli olan fikirlər söyləyəcək. Qərarlarınızda qətiyyətli olun.
OXATAN - Vaxtınızın əsas hissəsini sevgi amilinə həsr edin. İkili görüşlər, maraqlı gəzintilər sizə fərəh gətirəcək. Saat 15-18 arası maliyyə problemlərinizin həlli üçün uğurlu vaxtdır.
OĞLAQ - Bu gözəl təqvimdə mistikaya uymamaq lazımdır. İş barədə düşünməyin, qonaq gedin. Bu gün enerjinizin çoxluğu qarşınızda duran bəzi maneələrin aradan qalxmasına təkan verəcək. Təki səbrli olasınız.
SUTÖKƏN - Maliyyə problemlərinə görə özünüzü üzməyin. Çünki ulduzların düzümü qarşıdakı həftədə bu istiqamətdə sevinəcəyinizi bildirir. İkitərəfli əməkdaşlıqdan imtina etməyin.
BALIQLAR - Səhhətinizlə bağlı bəzi xoşagəlməzlikləri nəzərə almasaq, günün əsas hissəsini rahat şəraitdə başa vura bilərsiniz. Mübahisələrdən uzaq olun. Axşama yaxın önəmli xəbər eşidəcəksiniz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər