BolgeXeber.Com » Gündəm » Nərimanovda 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilmişdir
Nərimanovda 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilmişdir
25-06-2014, 14:05
Oxunub: 3 589
Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon ərazisində yaşayan
torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Qarabağ
müharibəsi əlilləri və veteranları ilə görüş təşkil olunmuşdur.
Tədbirin əvvəlində Vətən uğrunda
canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra
Hakimiyyəti başçısının müavini İradə Mahmudova ordumuzun şanlı tarixindən, onun
yaradılmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi
xidmətlərindən danışmış, dahi rəhbərin ordu quruculuğu sahəsində başladığı
taleyüklü işlərin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün
Azərbaycan Ordusunun regionda ən güclü ordu olduğunu, onun böyük quruculuq yolu keçərək, öz peşəkarlığını
artırdığını, maddi-texniki bazasını mütəmadi gücləndirərək mənfur düşməni hər
an məhv etməyə hazır olan bugünkü yüksək səviyyəyə gəlib çatdığını bildirmişdir.
Qeyd olunmuşdur ki, ordu quruculuğu üçün vacib
şərtlərdən biri dövlətin müstəqilliyi amilidirsə, digər vacib şərt iqtisadi
potensialın və sabitlik şəraitinin yaradılmasıdır. Bu gün Azərbaycan ona görə
güclü orduya malikdir ki, onun dönməz müstəqilliyi, dinamik şəkildə inkişaf
edən iqtisadiyyatı və davamlı sabitliyi vardır. Bütün bunlara görə xalqımız
müstəqil dövlətimizin və ordumuzun qurucusu Ulu öndər Heydər Əliyevə borcludur.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Fərmanına əsasən, Əlahiddə
Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının
Silahlı Qüvvələr Günü elan olunmuş və hər il bu tarix rəsmi dövlət bayramı kimi
qeyd edilir.
Natiq həmçinin qeyd etmişdir ki, Azərbaycan Ordusu
bu gün bütün regionda maddi-texniki bazasına, ən müasir silahlara malik
olmasına görə ən güclü ordudur. Ali Baş Komandan İlham Əliyev ordumuzun
qüdrətini hər vasitə ilə artırmağa böyük önəm verir. Dövlət başçısının tez-tez
cəbhə bölgəsinə səfər etməsi, hərbi hissələrdə əsgər və zabitlərlə səngərdə
səmimi görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, qələbəyə
yenilməz inamı möhkəmləndirir.
İ.Mahmudova Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə
əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin hərtərəfli dövlət
qayğısı ilə əhatə olunduqlarını vurğulayaraq ölkəmizin daim yüksələn xətlə
dinamik inkişafı və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi altında
aparılan geniş quruculuq işlərinin, köklü islahatların daha böyük nəticələrin
əldə ediləcəyinə ümidləri daha da artırdığını söyləmişdir.
Tədbirə qatılan Qarabağ müharibəsi əlilləri
dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə öz dərin
minnətdarlıqlarını bildirmiş, eyni zamanda, işğal altındakı bütün torpaqlarımızın
yağı düşməndən tezliklə azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin
düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin
ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə etmişlər.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən Qarabağ
müharibəsi əlilləri və veteranlarına maddi yardım göstərilmişdir.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər