Bu gün bürcünüz nə vəd edir?
26-06-2014, 09:15
Oxunub: 3 859
QOÇ - Bayram günü olsa da, üzərinizə düşən vəzifələrin çoxluğu başınızı bərk qatacaq
Amma uğurlu nəticənin olacağını düşünüb hər şeyə dözməlisiniz. Təşəbbüskarlığı əldən verməyin.
BUĞA - Bütün çətin məqamlarda özünüzə güvənin. Kənardan kiminsə dəstək verəcəyinə ümid bəsləməyin. Belə olarsa, ulduzlar gün ərzində sizi bir neçə dəfə sevindirəcək.
ƏKİZLƏR – Bürcünüzdəki planetar passivlik görəcəyiniz işlərdə kompleks lənglik əmələ gətirəcək. Odur ki, qarşınızda duran vəzifələrin bir qismini ixtisara salın. Bu gün əsasən qazanmaq üçün düşərlidir.
XƏRÇƏNG - Ordu bayramının mənəvi zövqünü yaşamağa çalışın. Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimdə əsas vaxtı fəaliyyət prinsiplərinə həsr etməyi məsləhət görür.
ŞİR - Saat 13-ə qədər müəyyən mübahisələrə cəlb oluna bilərsiniz. Özünüzü ələ alın. Dedi-qoduya əhəmiyyət verməyin. Sonrakı müddətdə məhəbbət ümmanına düşəcəksiniz. Özünənəzarəti gücləndirin.
QIZ - Maddi problemlərin çoxluğu bəzi qlobal planlarınızın reallaşması üçün əngəllər törədə bilər. Bu səbəbdən də özünüzü arzuolunmaz situasiyalara sürükləməyin. Sevindirici xəbərlər gözlənilir.
TƏRƏZİ - Şəxsi büdcənizi artırmaq üçün yaxşı vaxtdır. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Daxili narahatçılığınızı dəf etmək üçün mütləq ziyarətgahlara baş çəkin.
ƏQRƏB - Ünsiyyətdə olduğunuz bir neçə şəxslə aranızda konfliktlər yarana bilər. Özünüzü səbrli göstərin. Pul problemlərinizi gərəksiz yerdə qabartmayın. Riskə ehtiyac yoxdur.
OXATAN - Təzə və ürəyinizdən olan xəbərlər yolunuzu gözləyir. Yeni əməkdaşlığa başlamaq üçün də uğurlu vaxtdır. Büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Səfərdən imtina edin.
OĞLAQ - O qədər gözəl ərəfədir ki, hətta pul kisənizin boşluğu da ovqatınızı aşağı salmayacaq. Gileylənmək, kiminsə arxasınca danışmaq sizə günah yaza bilər. Nikbin və gözütox olun.
SUTÖKƏN - Qarşılıqlı münasibətlərdə yeni çalarlar yaratmaq üçün canfəşanlıq göstərin. Əməkdaşlıq zəminində də uğurlarınız mümkündür. Ölçülü-biçili hərəkət etsəniz, qazana da bilərsiniz.
BALIQLAR - Bu bayram gününü gərgin şəraitdə başa vuracağınız güman olunur. Amma aktivliyiniz nəzərə çarpacaq. Son vaxtlar yaşamağınızın fərqinə nə üçün varmırsınız? Axı vahid bir İdarəedici var...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər