Bakıda yüksək rütbəli polisin qardaşı özünü asdı - Video
26-06-2014, 12:15
Oxunub: 4 802
Bakıda Xəzər rayonu ərazisində intihar hadisəsi qeydə alınıb.
Türkan qəsəbəsində dəniz kənarındakı kölgəlikdən asılı vəziyyətdə kişi meyiti tapılıb. İntihar edən şəxs Sabunçu rayon sakini 1963-cü ildə anadan olmuş Orucov Camal Rəhim oğludur. Araşdırmalar zamanı məlum olub ki, mərhum Nərimanov rayon polis rəisinin keçmiş müavini Mətləb Orucovun qardaşıdır. Mətləb Orucov hazırda təqaüddədir. Bildirilir ki, Camal Orucov çimərliyə intihar etməmişdən iki saat əvvəl özünün "Toyota Prado"su ilə gəlib. O, özünə çimərlik geyimi aldıqdan sonra iki saata yaxın sahildə gəzib. Qaranlığın düşməsini gözəyən və ərazidə heç kəsin qalmadığından əmin olan şəxs özünü asıb. Kölgəlik alçaq olduğundan o, ayaqlarının yerə dəyməməsi üçün onları qatlayıb. Özünüqəsdin səbəbləri hələ ki, bəlli deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik bunu intihar edən şəxsin psixoloji vəziyyətinin yaxşı olmaması ilə əlaqələndirilər.
Xatırladaq ki, özünü asan Camal Orucovun maddi imkanı, ailədaxili münasibətləri, cəmiyyətdəki mövqeyi yüksək səviyyədə olub.
Vesti.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər