BolgeXeber.Com » Gündəm » Ramiz Zeynalovun işçisindən yazıya qəribə münasibət

Ramiz Zeynalovun işçisindən yazıya qəribə münasibət

27-06-2014, 13:00
Oxunub: 4 340 Salyan postunun komandiri Qulu müəllimdən Azerbaycaninfo.com-da gedən yazıya müəmmalı açıqlama

Salyan "post"unun komandiri:"İnspektor maşının sənədlərini maşının kapotunun üstünə qoymuş, bu zaman sürətli külək sənədləri ətrafa səpələmişdir. Bir gün sonra isə etibarnamə tapılaraq aidiyyatı üzrə təhvil verilmişdir". Xatırladaq ki, ötən gün Bolgexeber.com-a müraciət edən Sultanov Asifi başına gələnləri nəql etmişdi:”hadisə baş verən gün saat 14:00 radələrində şəxsi avtomobilimlə Bakı-Astara trası ilə Masallıdan Bakı istiqamətinə hərəkət edərkən Salyan rayonu ərazisində Dövlət Yol Polisinin (DYP) Salyan postunun əməkdaşı, baxmayaraq ki,heç bir yol-hərəkəti qaydasını pozmamışam, maşınımı saxlatdırdı və sənədlərimi istədi. Mən maşınımdan düşmədən sənədlərimi sakitcə ona təqdim etdim.

Qeyd edim ki, mənim maşınla əlaqədar bütün sənədlərim qaydasındadır.Lakin döş nişan nömrəsi 1029 olan YPX-nin inspektoru Dadaş Salahov maşınımın qapısını açaraq düşməyimi tələb etdi. Səbəbini soruşanda isə dedi ki, ”səninlə şəxsi söhbətim var” və mənim sənədlərimi götürüb 10–YP-896 nömrə nişanlı YPX xidməti avtomobilinin üstünə qoydu. Mən soruşdum ki, “axı mən hansı qaydanı pozmuşam?” cavabında Dadaş Salahov bildirdi ki, ötmə əməliyyatı etmişəm və bu zaman qaydaları pozmuşam .Özü də guya bu kameraya düşüb. Belə olan halda heç bir qayda pozuntusunu etmədiyimə əmin olduğum üçün görüntülərin mənə göstərmilməsini istədim. Lakin inspektor Dadaş Salahov dediklərimə məhəl qoymadı və düz yarım saat məni səbəbsiz olaraq gözlətdirdi, digər maşınları saxladıb protokollar yazdı. Hava çox isti olduğundan və xəstə olduğuma görə dözməyib yaxınlıqdakı kafedə ağacların kölgəsində gözləməyə məcbur oldum.İnspektor sürücüyə: ”Səninlə şəxsi söhbətim var”. Bir müddət sonra postun komandiri Qulu müəllimlə əlaqə saxladım və onun həmin əməkdaşa zəngindən sonra sənədlərim başqa bir inspektor, Zahid Baxışov adlı şəxslə mənə göndərildi.

Lakin buna baxmayaraq məlum oldu ki, sənədlərimin heç də hamısı yerində deyil. Belə ki, onların arasında maşınımın etibarnaməsi yoxdu”. Hal-hazırda maşınının etibarnaməsi inspektor tərəfindən “itirilən” Asif Sultanov mətbuat vasitəsilə Salyan DYP-nin inspektoru Dadaş Salahovun bu əməli bağlı Daxili İşlər naziri cənab Ramil Usubova və Dövlət Yol Polisi Baş İdarəsinin rəisi Ramiz Zeynalov müraciət edir: “Xahiş edirəm bu məsələ araşdırılsın və mənim sənədim qaytarısın. Salyan DYP-nin inspektoru Dadaş Salahovun mənə qarşı etdiyi əmələ hüquqi qiymət verilsin”.

P.S. Bildiyiniz kimi son bir ildə prezident İlham Əliyev müxtəlif toplantılarda dəfələrlə xəbərdarlıq edib. Dövlət başçısı yerlərdəki məmurlardan vətəndaşların problemlərinə qayğı ilə yanaşmağı, onları incitməməyi, məmur özbaşınalıqlarına və qudurğanlıqlarına son qoymağı, korrupupsiya və rüşvətxorluğa son qoymağı tələb edib. Lakin bir çox məmurlar prezidentin bu xəbərdarlıqlarına məhəl qoymur və vətəndaşlara qarşı ədalətsiz və qanunsuz davranışlarını sürdürürlər.

İşıqlandırdığımız məsələdən belə görünür ki,prezidentin göstərişlərinə laqeyd yanaşan məmurlardan bir neçəsi də Dövlət Yol Polisinin (DYP) Salyan postunun əməkdaşlarıdır. Əks halda vətəndaşın sənədinə qarşı bu cür qeyri-ciddi ,laqeyd münasibət heç cürə başadüşülən deyil. Düşünürük ki,ən azından Dövlət Yol Polisi Baş İdarəsinin rəisi Ramiz Zeynalovun öz işinə qeyri-ciddi yanaşan işçilərinə qarşı ciddi tədbir görməsinə ehtiyac var və biz buna ümid edirik.
Bolgexeber.com