Nazir daha bir icra başçısının əlində aciz qalıb
27-06-2014, 17:40
Oxunub: 3 926
Heydər Əsədov Sabirabadın icra başçısının müavininə güc gələ bilmir, ortada fermerlərə ayrılan pullar mənimsənilir
Sabirabadda İcra başçısı müavininin başı şıdırğı alverə qarışıb. Bu barədə rayondakı qaynaqlardan göndərilən müraciətdə iddia olunur.
Dia.az-a ünvanlanan məlumatı təqdim edirik: “Ölkə rəhbəri İlham Əliyevin buğda istehsalçılarına subsidiyanın verilməsində şəffalığın təmin edilməsi barədə tapşırıqlarına Sabirabad icra hakimiyyətinnin vəzifəli şəxsləri əhəmiyyət vermir. Əgər belə olmasaydı icra başçısı Nazim İsmayılovun aqrar məsələlər üzrə müavini Yaqub Heydərov dövlət idarəsində bazar açmazdı. Kənd icra nümayəndələrindən subsidiya üçün hazırlanmış sənədlərin başçının müavini Yaqubov tərəfindən qəbulu üçün 800-1200 manat arası rüşvət tələb olunur. Bu günədək demək olar ki, kəndlərin çoxundan həmin məbləğ toplanıb.
Bu pullarda Yaqubova ona görə verilir ki, ərazilərdə yüz hektarlarla örüş yerləri taxıl sahəsi kimi göstərilir. Yaqubov isə bu cinayətlərə göz yummasının haqqını bəribaşdan alır”.
Qeyd edək ki, barəsində danışılan Yaqubov rayonun ən imkanlı vəzifəli şəxslərindəndir. Artıq 20 ildən çoxdur ki, icra hakimiyyətində müavin postunu tutub. İctimaiəyyət arasında “cuhud”, yəni “qaniçən” ləqəbi ilə tanınır. O təkcə subsidiyadan pul qazanmır, o həm də motor yağı və gübrələrin güzəştli satışından, hətta kombayınlarının hər hektar biçininə də şərikdir.
Bu ilki mövsümdə rayonun zəmilərində 100-dən çox kombayın işləməsinə baxmayaraq hər hektar biçinin qiyməti 32 manat deyil 50 manatdır. Kombayınçılar açıq-açığına deyirlər ki, hektardan biçinin 10 manatı başçının müavin Heydər Yaqubova və onun qudası-“Aqrolizinq”in müdiri Hüsü Ağammədova çatır.
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər