BolgeXeber.Com » Gündəm » KİVDF 33 qəzetə pul ayırdı

KİVDF 33 qəzetə pul ayırdı

27-06-2014, 17:55
Oxunub: 3 683 İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bolgexeber.com fondun saytına istinadən xəbər verir ki, iclasın gündəliyində 2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi aparılıb.
İclası açıq elan edən Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdə duran məsələlər barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, “2014-cüilin II yarımilliyiüçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə ümumilikdə 35 redaksiyadan layihə təklifi təqdim olunub. 33 redaksiyanın təqdim ertdiyi layihə təklifi müsabiqənin şərtlərinə uyğun olmuşdur. “Əks-səda” və “Exo” qəzetlərinin təqdim etdikləri sənədlər müsabiqə şərtlərinin tələblərini təmin etmədiyi üçün müsabiqəyə buraxılmayıb.
Digər 33 qəzetin isə tiraji, dövriyəsi və yayımı nəzərə alınaraq 6 aylıq maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.
Fond tərəfindən layihə çərçivəsində maliyyələşdirilən qəzetlərin siyahısı aşağıda təqdim edilir.