BolgeXeber.Com » Gündəm » Bolgexeber.TV fəaliyyətə başlayır

Bolgexeber.TV fəaliyyətə başlayır

28-06-2014, 14:20
Oxunub: 4 750 Vasif Turan: “Əsas hədəfimiz ölkənin, xüsusən də əyalətlərin problemlərini işıqlandırmaqdır”

Azərbaycan internet mediasında daha bir onlayın TV fəaliyyətə başlayır. Bolgexeber.com saytının rəhbəri Vasif Turanın rəhbərliyi altında faliyyətə başlayacaq internet televiziya Bolgexeber.TV adlanır.

Bununla bağlı TİA.AZ-a açıqlama verən Vasif Turan bildirib ki, yeni layihə sırf ölkədəki ictimai-siyasi prosesləri, sosial və iqtisadi məsələləri əhatə edəcək. Lakin o, əsas ağırlığın bölgələrin problemlərinin üzərinə düşəcəyini qeyd edib. “Bu gün mətbuat mütəmadi olaraq ölkədə baş verənlərdən yazır. Lakin bunun fonunda bölgələrin problemləri olduqca az miqdarda işıqlandırılır. Xüsusən də telekanallar, o cümlədən internet televiziyalar bu məsələdə passivlik nümayiş etdirirlər. Bunu nəzərə alaraq, qərarlaşdırdıq ki, yeni bir İnternet TV yaradaq və orada əsasən bölgələrin üzləşdiyi sıxıntıları işıqlandıraq”.

Yeni TV-nin rəhbəri bildidir ki, hal hazırda bütün texniki işlər başa çatmaq üzrədir və yaxın günlərdə sınaq yayımları aparacaqlar. “Artıq sütudiyamız hazırdır. Texniki avadanlıqlar da quraşdırılıb. Bəzi xırda işlər qalıb ki, onlar da üzümüzə gələn həftə ərzində yekunlaşacaq. Ardından test yayımları ediləcək və bundan sonra tam faəaliyyətə start verəcəyik”.

Vasif Turan onu da qeyd edib ki, Bolgexeber.tv təkcə əyalətlərin deyil, ümumilikdə, paytaxtın da üzləşdiyi problemlərə geniş yer verəcək. “Maksimum şəkildə ölkənin bütün problemlərini işıqlandıracağıq. Siyasi, ictimai, mədəniyyət, sosial və digər verilişlər və proqramlarla tamaşaçıların görüşünə gələcəyik. Həmçinin gündə iki dəfə xəbər porqramı da yayınlayacağıq”.