"Azenco"nu maaş böhranı çökdürəcək
28-06-2014, 18:05
Oxunub: 4 062
«Azərenerji»nin prezidenti Etibar Pirverdiyevin nəzarətində olan «Azenco» ASC-də çalışan işçilərin iki aydın maaşları verilmir
Şirkətdən Qaynar.info-ya daxil olan məlumata görə, iyun ayının qurtarmasına baxmayaraq, hələ də may ayının əmək haqlarını ala bilməyən işçilər etiraza başlayıblar.
Məlumatda deyilir ki, «Azenco» ASC-də əmək haqqı məsələsi həmişə problem olub və işçilərlə rəhbərlik arasında mütəmadi narazılıqlar yaranıb. Şirkət rəhbərliyi son maaş məsələsinə aydınlıq gətirərək iddia edib ki, guya, maliyyə imkanları zəifləyib və bu səbəbdən də əmək haqlarının verilməsində problem yaranıb. Amma rəhbərlik maaşların dəqiq hansı tarixdə veriləcəyi barədə heç nə deməyib.
Eyni zamanda, o da da gələn xəbərlər içindədir ki, «Azenco» rəhbərliyi əmək haqlarının yubanması ilə bağlı etiraz edənlərə xəbərdarlıq edib. Və onları işdən çıxaracaqları ilə hədələyiblər.
Qeyd edək ki, «Azinco» şirkəti Bakıda dövlət tərəfindən həyata keçirilən bir sıra iri layihələri həyata keçirib və bu gün keçirməkdədir.
Xatırladaq ki, hüquqi status dəyişdirilənə qədər bu şirkət dövlət müəssisəsi olan “Azerenerji” ASC-nin tərkibində “Azerenerjitikinti” MMC adı altında fəaliyyət göstərib. Dövlət Əmlakının Idarəetməsinə dair Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə müvafiq olaraq şirkət “AZENCO” Açıq Səhmdar Cəmiyyətinə çevrilib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər