BolgeXeber.Com » Gündəm » Nəqliyyat nazirinin klinikasına lisenziya verilmədi

Nəqliyyat nazirinin klinikasına lisenziya verilmədi

30-06-2014, 10:40
Oxunub: 4 071 Sumqayt şəhərində fəaliyyət göstərən “Liman” klinikası bağlanıb

Bolgexeber.com bildirir ki, bu barədə xəbəri avropa.info saytı yayıb.

Məlumata görə, “Liman” klinikasının rəhbərliyi işçilərə iyunun 30-dan klinikanın müvəqqəti olaraq təmirə bağlandığını bildirib. İşçilərə vəd olunub ki, qısa zamanda iş öz ahənginə dönəcək.

Səhiyyə Nazirliyinin rəsmi saytında isə “Liman” klinikasının daxil olduğu MMC-nin lisenziya müddətinin iyunun 26-da bitdiyi qeyd edilib. Klinikanın da məhz bu səbəbdən - lisenziya müddətinin uzadılmaması – bağlandığı ehtimal edilir.

Qeyd edək ki, “Liman” klinikası 7 ildir fəaliyyət göstərirdi. Onun real sahibinin Nəqliyyat naziri Ziya Məmmədov olduğu iddia edilir.