BolgeXeber.Com » Gündəm » Sumqayıtda milyonları necə talayırlar

Sumqayıtda milyonları necə talayırlar

30-06-2014, 16:05
Oxunub: 4 787 Təmir-tikinti adı altında kütləvi mənimsəmə

Sumqayıtda həyata keçirilən abadlıq və quruculuq işləri zamanı bir sıra qanun pozuntularına, nöqsanlara yol verilir. Bununla bağlı əldə etdiyimiz məlumata görə, respublikamızın ikinci böyük şəhərinin abadlaşdırılması bəzi vəzifəli şəxslərin dövlət vəsaitlərini mənimsəyərək varlanmaları ilə müşayiət olunur. Belə ki, Sumqayıtda yol kənarındakı 36-cı məhəllədə tam olaraq insanların Konstitusion hüquqları pozulur. Sakinlər bildirirlər ki, «kupça» ilə vətəndaşlara verilən mənzillərin kvadrat metrajından kəsirlər. Habelə yaşayış binalarındakı su mühərriklərini sökürlər:

«Bir sıra yaşayış binalarındakı su mühərriklərini tam qanunsvuz şəkildə sökürlər. Halbuki Sumqayıtda beş və yuxarı mərtəbələrə su mühərriklərinin qoyulması icazəlidir. Çünki Sumqayıtın su və kanalizasiya sistemi ötən əsrin 60-70-ci illərində 300 min insan üçün nəzərdə tutulmuşdu. Hazırda isə Sumqayıtda qaçqın və məcburi köçkünlərlə birlikdə əhalinin sayı 700 min nəfərə çatıb». Həmçinin Sumqayıtda su fasilələrlə verildiyindən, gələn suyun yuxarı mərtəbələrə qalxmaması səbəbindən yuxarı mərtəbələrdə olan insanlar su motoru qoymaq məcburiyyətində qalıblar. Eləcə də su mühərrikləri vətəndaşların özlərinə sökdürülür. Bütün bunlar onu deməyə əsas verir ki, aidiyyəti qurumların bəzi məsul vəzifəli şəxsləri abadlaşdırma və quruculuq işlərindən şəxsi mənfəət qazanmaq naminə yararlanmağa çalışırlar: «Ölkə prezidentinin Sumqayıta səfəri zamanı, şəhərin girəcəyində olan 36-cı binada fasadlaşma işlərinin aparılmasına başlanıldı. Dizayn olaraq bina ola bilsin ki, yaxşı görünəcək. Lakin 5 mərtəbəli binaların yuxarı mərtəbələrində eyvanlar kupçada göstərilən ölçülərdən kəsilərək kiçildiləcək. Bu isə vətəndaşın mülkiyyəti olan mənzilinin «kupça»larına müdaxildir».

Sakinlərdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, eyni zamanda binalarda kondisonerlər də sökülür. Paltar asmaq üçün olan iplər də gedir işinin dalınca. Düzdür, bu, görünüş cəhətdən şəhərə gözəllik verir. Lakin insanların rahatlığı pozulur, əlavə çətinliklər ilə üzləşirlər. Qeyd edək ki, Sumqayıtın girəcəyində 3 ədəd 12 mərtəbəli bina var. 3-4 il bundan öncə orada bütün kondisionerləri və paltar asmaq üçün ipləri sökəndə bildirdilər ki, hər evə paltar qurutmaq üçün aparatlar veriləcək. Lakin məmurlar bu vədlərinə də əməl etməyiblər. İndi şəhərin sakinləri öz paltarlarını binaların dəhlizlərində qurutduğundan kif və nəmişlik iyi gəlir. Bütün bunlar bir yana, təmir-tikinti, abadlıq-quruculuq işlərini həyata keçirənlər binaları çöl tərəfdən, görünən tərəfdən fasadlayırlar, amma içəri, həyət tərəf elə 1960-ci illərdə tikilən formada qalır. Habelə yaşayış binalarının girişi - «podyezdlər» sökülüb dağılır. Amma təmir-tikinti işlərində binaların girişi yada düşmür. Bütün bunlar onu göstərir ki, Sumqayıtda təmir-tikinti, abadlıq-quruculuq işləri paytaxt Bakının bəzi yerlərində olduğu kimi formal şəkildə, özü də mənimsəmələrlə həyata keçirilir.gundelik-baku

Yeri gəlmişkən qeyd edək ki, bina şəkildə göründüyü kimi olacaq. Lakin layihədən kənarlaşma da var. Belə ki, layihədə 5-ci mərtəbələrdə balkonların üstü bağlı olsa da, reallıqda 5-ci mərtəbədəki balkonlar açıqdir.