“Patron” tumları ilə bağlı ilginc iddia
30-06-2014, 16:15
Oxunub: 12 690
Günəbaxan tumlarının yaxşı qurudulmaması səbəbindən kifləndiyi və xəstəliklərə yol aça biləcəyi deyilir
Bir müddət əvvəl ölkə bazarında özünə yer qazanmış, lakin sonradan alıcılıq qabiliyyətini itirən “Patron” tumları ilə bağlı maraqlı bir iddia ortaya atılıb.Bolgexeber.com bildirir ki, Tia.az- a verilən məlumata görə, günəbaxan tumlarının bazarda özünə yer tapa bilməməsi onun aşağı keyfiyyətli olması ilə yanaşı, həm də istehsal prosesinin düzgün şəkildə qurudulması ilə bağlı olub.
Verilən məlumatda deyilir ki, “Patron” tumlarının ilkin mərhələdə aparılan reklamı uğur qazandırsa da, alıcı onun aşağı keyfiyyətli olmasından dolayı imtina etməyə başlayıb. Hətta bəzi iddialara görə, bu günəbaxan tumlarından zəhərlənmə halları da qeydə alınıb. Lakin bunun nə dərəcədə real olub-olmadığı hələlik tərəfimizdən dəqiqləşdirilməyib.
Mütəxəssislərin dediyi isə budur ki, bu şirkətin istehsal etdiyi günəbaxan tumlarının aşağı keyfiyyətli olmasının səbəblərindən biri onun lazımi səviyyədə qurudulmasının həyata keçirilməməsidir. Belə ki, fabrikə gətirilmiş tumlar ya lazımi temperaturda qurudulmadan, ya da yüksək tmmperaturda qurudularaq keyfiyyətsiz hala salınır.
Mütəxəssislər deyirlər ki, belə olan vəziyyətdə hava keçirməyən qablara yerləşdirilən“Patron” tumlarının kiflənməsi baş verir. Bu isə zəhərlənmə üçün yol açan amillərdən biridir.
Mütəxəssislər onu da deyirlər ki, kif bağlamış günəbaxan tumları, həm də böyük və uşaqlarda bağırsaq çöplərinin yaranmasına da səbəb olur. Sonrakı mərhələdə isə həmin bu problem digər xəstəliklərin də mənbəyinə çevrilir.
Qeyd edək ki, qarşı tərəflə məsələni aydınlaşdırmaq üçün əlaqə saxladıq. Özünü şirkətin rəsmisi kimi təqdim edən Rəşad adlı şəxs bizə açıqlama vermək əvəzinə özünün "tərbiyəsi"ni nümayiş etdirməyə başladı. Şikayətçinin ünvanına təhqir yağdıran "Patron" hətta saytımızı da hədələyib.
Araşdırmalar davam edir .
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər