BolgeXeber.Com » Gündəm » Ukraynada anti-terror əməliyyatı: 250 separatçı öldürüldü

Ukraynada anti-terror əməliyyatı: 250 separatçı öldürüldü

1-07-2014, 14:35
Oxunub: 3 578 Ukrayna ordusunun bu gün Slavyansk ətrafında apardığı əməliyyat zamanı separatçılara ciddi itkilər verib.

Dnepropetrovsk hava-desant briqadasının 25-ci artilleriya bölüyü separatçıların Slavyanskdakı düşərgəsini darmadağın edib. Nəticədə 250 terrorçu məhv edilib.

Bu barədə Ukrayna artilleriya zabitlərindən biri mətbuata məlumat verib.

“Kəşfiyyatçıların əldə etdiyi məlumata görə, 250-dən çox terrorçu məhv edilib. Onların üçdə ikisini çeçenlər, qalanlarını slavyan mənşəli döyüşçülər təşkil edir. Hazırda bizim artilleriya düşmənə qarşı atəş açmaqda davam edir”, - deyə zabit bildirib.