BolgeXeber.Com » Gündəm » Naftalanda hansı vəzifəli şəxslər özbaşınalıqlar edirlər

Naftalanda hansı vəzifəli şəxslər özbaşınalıqlar edirlər

1-07-2014, 14:55
Oxunub: 3 570 Məmurlar icra başçısının gənc olmasından yararlanır

Naftalanın şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanovun rayondakı biznes subyektlərinin sayını artırması ilə bağlı xəbərlər dolaşmaqdadır. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, onun rayona rəhbər təyin edilməsindən sonra son illər ərzində fəaliyyət başlayıb. İki sanatoriya isə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramına uyğun olaraq inşa edilib. Belə ki, proqramda nəzərdə tutulmuş qaydada "şəhərin səhiyyə kurort müəssisələrinin təmiri, avadanlıqlarla təchiz olunması və yenilərinin tikintisi” məqsədilə ayrı-ayrı sahibkarlar tərəfindən Sanatoriya Kurort Birliyinə məxsus Çinar sanatoriyası özəlləşdirilmiş və əvəzində dünya standartlarına cavab verən istirahət və sağlamlıq mərkəzi və başqa ərazidə "Qaşaltı” sanatoriyası inşa edilərək istifadəyə verilib.

Bu istirahət və sağlamlıq mərkəzlərində 400 nəfərə yaxın insan daimi işlə təmin olunub. Sakinlər bildirirlər ki, həmin sanatoriyalar icra başçısına yaxınlığı ilə seçilən bəzi şəxslərə məxsusdur. Bütün bunlar bir yana, xatırlayırsınızsa, az müddət əvvəl Naftalanın şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov "Dövlət qulluğu haqqında” Qanunun tələblərinə zidd olaraq çalışması barədə xəbər vermişdik. Bildirmişdik ki, Natiq Aslanov həqiqi hərbi xidmətdə olmasa da, icra strukturunda çalışır. İcra strukturunun rəhbəri həqiqi hərbi xidmətdən yayınsa da, dövlət qulluqçusu statusu ala bilib. Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də icra başçısı kimi Natiq Aslanovun həqiqi hərbi xidmətdə olması barədə qeyd yoxdur. Natiq Aslanovun icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən tərcümeyi-halında bildirilir ki, o, 1976-cı il avqust ayının 22-də Naftalan şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mühəndis iqtisadiyyatı və idarəetmə fakultəsini bitirib. 2000-ci ildən 2004-cü ilə kimi "Kəpəz” firmasında alqı-satqı üzrə menecer, 2004-2010-cu il tarixlərində "Tam İnşaat” MMC-nin direktoru vəzifəsində çalışıb. Ölkə prezidentinin 2010-cu il 25 yanvar tarixli 696 saylı sərəncamı ilə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Sakinlər bildirirlər ki, Naftalanın gənc icra başçısına arxayın olan bəzi məmurlar rayonda heç kimi saymır və heç kimlə də hesablaşmaq istəmir. Belə ki, Natiq Aslanov tərəfindən himayə edildiklərini iddia edən bəzi vəzifəli şəxslər Naftalan əhalisi ilə münasitətsiz davranışları sakinlər tərəfindən narazılıqla qarşılanmasına səbəb olub.

Bildirilir ki, Natiq Aslanova yaxınlığı ilə seçilən məmurların saymazyana hərəkətləri və əhaliyə qarşı davranışları ilə Naftalan şəhər sakinlərini özündən incidib. Belə ki, vaxtının çoxunu istirahət mərkəzlərində əyləncəjə sərf edən bəzi məmurlar şəhərdə fəaliyyət göstərən ticarət obyektlərindən və istirihət mərkəzlərindən «yığım» həyata keçirməklə məşğuldur. Lakin naftalanlıların sosial-iqtisadi problemləri məmurları çox az maraqlandırır.

Bundan başqa məlumatda o da qeyd olunur ki, bəzi məmurlar onlara aylıq vermək istəməyən şəxsləri hədələməkdən belə çəkinmirlər. Yüksək vəzifəli şəxslərin sakinlərlə kobud rəftarı isə, ona qarşı olan narazılığı daha gücləndirir. Əldə etdiyimiz məlumatlara görə, məmurlardan biri Gültəkin Hacıbəylinin şəhərdəki biznes strukturlarını və daş karxanasını ələ keçirdiyinə görə, hazırda müxalifətə transfer olunan Hacıbəyli rayon rəhbərliyinə qarşı həddindən artıq qəzəblidir.(gundelik-baku)

Elə buna görə də Hacıbəyli rayonda başçıya qarşı cəbhə açıb. Bir sözlə, Natiq Aslanovun gənc olmasından yararlanan bəzi məmurlar fəaliyyətləri ilə şəhərdə sakinlərin narazılıqlarını daha da dərinləşdirir.