BolgeXeber.Com » Gündəm » SHXÇDX rəisinin korrupsiyaya qarşı «mübarizəsi»

SHXÇDX rəisinin korrupsiyaya qarşı «mübarizəsi»

2-07-2014, 12:35
Oxunub: 6 878 Sürücüsü və kadrı rüşvət üstündə həbs edilən general hansı şəffaflıqdan danışa bilər?

SHXÇDX rəisi səfərbərlik və hərbi çağırış sistemindəki problemlərin həllində sanki maraqlı deyil.Ölkəmizdə son vaxtlar insanların şəxsi həyatından tutmuş, müxtəlif dövlət qurumlarının fəaliyyətinə qədər informasiya texnologiyalarıgeniş tətbiq olunmağa başlayıb. İnformasiya texnologiyalarının ayrı-ayrı komponentləri var ki, bunların hamısı hər bir təşkilatda, hər bir dövlət qurumunda, eləcə də biznes sektorunda yeni mühit, yeni imkanlar yaradır. Ona görə də ölkənin internetləşməsi, şəbəkələşməsi, təşkilatların bir-biri ilə artıq elektron ünvan vasitəsi ilə münasibətlər yaratması, hətta sosial şəbəkələr üzərində əlaqələr qurması, bundan başqa elektron imza texnologiyasının ölkədə tətbiq olunması, informasiyanı bir yerdən başqa yerə göndərərkən artıq onun hüquqi əsası mövcudluğu və sairə kimi hüquqi məsələlərin həllində önəmli rol oynayan elektron imza texnologiyası artıq yeni reallıq tələb edir.

Bu reallıq artıq hakimiyyət orqanlarının fəaliyyətinin informasiya texnologiyalarından geniş istifadə etməsi, işlərini həyata keçirmək üçün zəmin yaradır. Ona görə də ölkəmizdə elektron hökumət, elektron dövlət, onun ayrı-ayrı komponentləri olan elektron parlament, elektron məhkəmə, elektron vergi və sairə bunlar hamısı ümumilikdə bir məzmun kimi elektron Azərbaycanı gündəmə gətirir. Elektron dövlətin yaradılması təbii ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürüdür. Bu proses get-gedə dərinləşir, yeni texnologiyalar ortaya çıxır, informasiya resurslarının sayı da, həcmi də artır. Bəzi dövlət qurumları isə bu məsələdə passivlik nümayiş etdirir. Bunlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir (SHXÇDX). İki ildir fəaliyyət göstərən xidmətin rəsmi internet səhifəsi - «www.seferberlik.gov.az» saytı istənilən səviyyədə işləmir. Elektron hökumət layihəsinin geniş tətbiq olunduğu bir dövrdə xidmətin saytında yerləşdirilən məlumatlarla tanışolmaq müşkül məsələyə çevrilib. Dünən xidmətin rəsmi internet səhifəsindəki veteranlar və şəhidlər bölməsinə daxil olmaq istədik. Ancaq dəfələrlə cəhd göstərsək də, həmin bölmə açılmadı və ekrana «404 not found» sözləri gəldi. Bu da sizin rəhbəri olduğunuz xidmətin rəsmi internet səhifəsi, Arzu Rəhimov. Bizə və sayta girən insanlara başa salın görək «404 not found» nə deməkdir? Ölkənin ən önəmli qurumlarından biri hesab edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının bu cür işləməsi faciəyə bərabərdir. Saytın normal işləməməsi gənclərin hərbi vətənpərvərlik sahəsində maariflənməsinə mənfi təsir göstərə bilər. Məsələn, hansısa məktəbli, yaxud yeniyetmə gənc ölkəmizin milli qəhrəmanları, şəhidləri haqqında məlumat əldə etmək istəyir. Arzu Rəhimovun dediyinə görə, guya milli qəhrəmanların və şəhidlərin siyahısı xidmətin saytında yerləşdirilib. Bir halda ki, həmin bölməni açmaq mümkün deyil, gənclər siyahıya necə baxsın? Siyahı ora yerləşdirilibsə də, bura daxil olmaq olmur. Bu sizin fəaliyyətinizdəki nöqsanların hələ bir hissəsidir, cənab general! Arzu Rəhimovun xidmətin yaradılmasının ikinci ildönümü münasibətilə SHXÇDX-nin Aparatında keçirilən tədbirdə dediyi sözləri xatırlamaq yerinə düşərdi. General-leytenant iki il müddətində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsaslı işlər görüldüyünü, vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildiyini vurğulamışdı: «Xidmətin əsasnaməsinə uyğun olaraq mərkəzləşdirilmiş uçot sistemlərinin təşkil edilməsi, o cümlədən hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması sahəsində işlər aparılır. Vahid elektron informasiya sistemi vasitəsilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı və uçotu aparılacaqdır. Bu isə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaqdır». Cənab general, siz hansı əsaslı işlərdən danışırsınız ki, bu gün orduya göndərilən gənclərin arasında xəstə çağırışçılar üstünlük təşkil edir? Statistikaya nəzər salsaq görərik ki, SHXÇDX yaranandan sonra xəstə çağırışçıların hərbi xidmətə göndərilməsi sanki adi hala çevrilib. Bunu üzə çıxan faktlar da sübut edir. Müdafiə Nazirliyinin hərbi-həkim komissiyaları son iki il ərzində yüzlərlə xəstə çağırışçını hərbi xidmətdən geri çağırıblar.

Gördüyünüz əsaslı iş budur Arzu müəllim?.. Xidmət rəisi tədbir zamanı həmçinin səfərbərlik hazırlığı və səfərbərlik işinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsindən də söz açıb.

Arzu Rəhimov korrupsiyaya qarşı necə «mübarizə» aparıbsa, keçmiş sürücüsü Namiq adlı şəxs və xidmətin Qobustan rayon şöbəsinin sabiq rəisi Anar İsmayılov korrupsiyada ittiham edilərək həbs olunublar. Hörmətli general, bu idimi rüşvətxorluğa qarşı apardığınız mübarizə? Sürücüsü və kadrı rüşvət üstündə həbs edilən general hansı şəffaflıqdan danışa bilər? Guya siz sürücünüzün hansı işlərlə məşğul olduğunu bilmirdiniz? Biz hər dəfə sizə bu tip suallar ünvanlayırıq, amma cavab vermirsiniz. Yaxud verməyə cavab tapmırsınız. Axı düz sözün, faktın qarşısında nə deyəsən. Elə həmin tədbir zamanı Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətinin dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacağını vurğulayıb. Qəribədir, ictimaiyyət nümayəndələri, tanınmış ekspertlər SHXÇDX-nin etimadı doğrultmadığını deyirsə, general-leytenant hansı etimaddan danışır? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iki illik fəaliyyəti ərzində qarşıya qoyulan tapşırıqların demək olar ki, heç birini yerinə yetirməyib. Bəlkə səhv deyirik Arzu Rəhimov? Rəhbərlik etdiyiniz xidmət çağırışaqədərki hazırlığa birbaşa cavabdehdir. Müvafiq qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir.

Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən həyata keçirilir. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrində keçirilən fiziki hazırlıqdan başqa, vətəndaşların fiziki hazırlığının təmin olunması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında aparılmalıdır. Bəs nəticə hanı yoldaş general-leytenant? Bu gün çağırışaqədərki hazırlıq olduqca bərbad vəziyyətdədir. Bunu bir çoxları təsdiqləyə bilər. Çağırışaqədərki hazırlığın normal olmaması hərbi xidmət dövründə gənclərin bəzi problemlərlə üzləşməsinə səbəb olur. Təəssüf ki, SHXÇDX rəisi bu sahədəki çatışmazlıqları aradan qaldırmağa cəhd göstərmir. Bu arada, xidmətin Şəmkir rayon şöbəsinin 15 ildir vəzifədə olan rəisi Həsrət İsmayılovun 1999-cu ildən bu yana saxta sənədlərlə hərbi xidmətdən yayındırdığı şəxslərin növbəti siyahısını dərc etmək istəyirik. Hələ ki, Arzu Rəhimov siyahı ilə bağlı heç bir münasibətini bildirməyib. Buyurun yoldaş general, vəzifədə saxladığınız şöbə rəisinin qeyri-qanuni yollarla hərbi xidmətdən yayındırdığı çağırışçılarla tanış olun:

Xəlilzadə Təbriz Məhəmməd 1993 N.Nərimanov 24 65c 68c 29.07.2014

Sadıqov Anar Zülfüqar 1993 Posanlı10 küç ev 38 51b 83b 18.07.2014

Nərimanov Nicat Fuad 1993 Ə.Vahid 2 62b 28.07.2014

Mamedov Şahin Akif 1993 h/şəh dos3m9 22c 24.07.2014

Hüseynli Fərid Namiq 1993 İ.Məmmədov 50 2c 29.07.2014

Həsənli Emin İlqar 1993 Əzizbəyov 49 23c 28.07.2014

Həsənov Hafiz Rəhman 1993 İ.Məmmədov 78 22c 24.07.2014

Veyisli Kənan Azad 1993 S.Vurğun 155 51b 80b 29.2014

Rəhimov Fikrət Adil 1987 Morul 40 47a 11.07.2014

Abdullayev Cəlal Etibar 1989 R.Əliyev 8b 25.07.2014

İbrahimov Rövşən Mübariz 1991 Şəmkir 94 58b 25.07.2014

Mərdanov Mərdan Kamil 1992 S.Sərxanlı 5/1 14b 28.07.2014

Bayramov Ramin Cəbrayıl 1982 Şoloxov 65c 19.07.2014

Yusifli Eşqin Vidadi 1993 Şəmkir 110 66c 25.07.2014

Səfərli Bayram Xəqani 1993 A.Teymur 59 58b 28.07.2014

Məcidzadə Pərviz Alim 1993 S.Vurğun 46 14b 28.07.2014

Məmedov Orxan Arif 1993 M.Əhmədov 46 20b 18.07.2014

Mikayılzadə İsmayıl Rəşid 1993 S.Vurğun dön 3 ev 7 68c 22.07.2014

İslamov Nəsimi Zülfüqar 1993 E.Hüseynov 157 80c 15.07.2014

Arzu Rəhimov bu faktlardan sonra da Həsrət İsmayılovu tutduğu vəzifədən çıxarmasa, deməli, general-leytenant səfərbərlik və hərbi çağırış sistemindəki mövcud problemlərin həllində sanki maraqlı deyil.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

P.S. Həsrət İsmayılov yəqin ki, yığdıqlarını kiməsə verəcək, ona görə də ona dəymirlər.
gundelik-baku.com/