Diaqnoz Tibb Mərkəzi müştərilərinə ödəniş çeki vermir
2-07-2014, 13:30
Oxunub: 12 105
Tibb müəssisəsi vergidən necə yayınır?
Ölkədə rüşvətxorluq, korrupsiya, süründürməçilik kimi qanunsuz əməllərə qarşı mübarizə getməsinə baxmayaraq, ölkənin bir sıra sahələrində hələ də qanunsuz əməllər həyata keçirilir. Bu cür hallardan biri Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Diaqnoz" Tibb Mərkəzində yaşanır. Laboratoriya, şüa-diaqnostika,ginekologiya, nevrologiya, stomotologiya, endokrinologiya, kardiologiya, LOR, fizioterapiya, qastroenterologiya, cərrahiyyə, oftolmologiya, urologiya, reanimasiya və intensiv terapiya, pediatriya, travmatologiya, təcili yardım, dəri-zöhrəvi, andrologiya, proktologiya, terapiya şöbələrinin fəaliyyət göstərməsinə baxmayaraq, keyfiyyətli xidmət göstərilmir.
Xüsusilə də qiymətlər o qədər yüksəkdir ki, vətəndaşlar bundan narazılıq edirlər. "Gündəlik -Bakı” qəzetinə müraciət edən Bakı sakini "Diaqnoz” Tibb Mərkəzində vergidən yayınma hallarının olduğu haqda məlumatlar verib. Paytaxt sakininin sözlərinə görə, bir neçə gün əvvəl adıçəkilən klinikaya səhhətində yaranmış problemlə əlaqədar olaraq müraciət edib. Onlarla müayinə və aparatlara dəvət olunan xəstə böyük məbləğdə ziyana düşüb. Bununla yanaşı, xəstəyə ödədiyi məbləğin çekini təqdim etməyiblər. Bu hal vergidən yayınma deməkdir. Bundan başqa, klinikada işçilərə əmək haqqının paketdə verilməsilə bağlı söyləntilər dolaşmaqdadır. Bununla da klinika əməkdaşlarına sənəddə göstəriləndən artıq əmək haqqı ödənilir. Məsələn, 700 manat məvacib alan əməkdaşın əmək haqqı sənədlərdə ən yaxşı halda 110-250 manat göstərilir ki, bu da birbaşa vergidən yayınma hallarına səbəb olur. Odur ki, gərək müvafiq qurumlar tez bir zamanda "Diaqnoz” Tibb Mərkəzində monitorinqlər aparsınlar. Yaxın vaxtlarda aidiyyəti orqanlar bu cür hallara qarşı sərt addımlar atsalar yerinə düşər. Bu həm də dövlət büdcəsində gəlirlərin artmasına səbəb olar.
Yaranmış narazılığa aydınlıq gətirməsi üçün "Diaqnoz" Tibb Mərkəzinin rəhbərliyi ilə əlaqə saxladıq. Adıçəkilən tibb müəssisəsinin əməkdaşı bizə bildirdi ki, bu doğru deyil: "Bizim klinikada hər kəsə ödəniş çeki verilir. Həm də vətəndaşlar bunu tələb edirlər”. Bu fikirdən belə nəticə çıxarmaq olar ki, onlar çek vermədiklərinə görə vətəndaşlar da tələb edir. Əslində, bu fikrin özü pasiyentlərə çeki onların tələbindən sonra verildiyini göstərir. Demək tələb olunmazsa, çek də verilmir. Daha sonra isə sualımızı cavablandıran əməkdaş zəngimizi başqa bir şəxsə qoşdu. Həmin şəxs isə danışıq tərzindən özünü şübhəli aparırdı. Hətta belə bir fikir səsləndirdi ki, belə bir məsələni qəzet niyə araşdırır: "Qoy prokurorluq araşdırsın. Bütün pasiyentlərə ödəniş çeki verilir”. Və dəstəyi acıqlı şəkildə yerinə qoydu.
Ümid edirik ki, bu yazından sonra rəhbərlik sözügedən tibb müəssisəsində nəzarəti gücləndirəcək. Və yuxarıda qeyd olunan məsələlər barədə ölçü götürəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər