BolgeXeber.Com » Gündəm » Yol polisinin növbəti biabırçılığı -VİDEO

Yol polisinin növbəti biabırçılığı -VİDEO

2-07-2014, 17:00
Oxunub: 3 256 Son zamanlar dövlət yol polisi əməkdaşlarının saysız-hesabsız özbaşınalığı və işlərinə məsuliyyətsiz yanaşması xəbəri gündəmin əsas mövzüsuna çevrilib

Vəzifələrinə məsuliyyətsiz yanaşdıqlarına və rüşvət qalmaqallarına görə yol polis işçilərinə dəfələrlə xəbərdarlıqlar,töhmətlər olunsa da, yol polisində köhnə hamam köhnə tas prinsipi hələ də hökm sürür. Gizlin quraşdırılan radarların söz-söhbəti bitməmiş, yol polisi əməkdaşları indi də sürət həddini gizlətməklə məşğuldurlar.Naşı sürücüləri sürət həddinin azlığı ilə aldadan yol polisi işçilərinin belə bir qanunsuz hərəkəti əməkdaşlarımızın gözündən yayınmayıb. Belə ki, bir neçə gün bundan öncə Qaradaq postunun qarsisinda qoyulan sürət həddi lövhəsinin üzərini ox işarəsi ilə örtülü vəziyyətdə gördük. Sürücüləri çaş-baş salan məsələ ilə bağlı münasibət öyrənmək üçün Dövlət yol polisi idarəsinin şöbə müdiri Kamran Əliyevlə əlaqə saxlasaq da o da məsələdən bixəbər olduğunu bildirdi.Amma fakt fakt olaraq qalır. Kimlərinsə gözündən yayınan eybəcərlikər bizim kameramızda daha işıqlı və obyektiv görünə bilir. Necə ki, Kamran Əliyev təkidlə bu video çarxı izləmədiyini və ona görə bu mövzüda heç bir şey deyə bilməyəcəyini bildirdi. Biz yol polisi əməkdaşlarının bu hərəkətini özündə əks etdirən videonu DYP-nin rəsmi saytına göndərəndən sonra Kamran Əliyev zənglərimizə ümumiyyətlə cavab vermədi. Ümid edirik ki, Kamran Əliyev bu video çarxı izləyəndən sonra etdiyimiz zənglərə cavab verməsi üçün özündə cürət tapacaq. Biz isə mövzuya qayıdacağıq…!

Aytən Yaşar
Ayyət Şükürlü
Bolgexeber tv