BolgeXeber.Com » Gündəm » Polis işçisinin təşkil etdiyi qrup seksi

Polis işçisinin təşkil etdiyi qrup seksi

3-07-2014, 11:15
Oxunub: 9 584 Rusiyanın Rostov vilayətində gənc qadının qrup halında zorlanması ilə bağlı iş üzrə hökm çıxarılıb

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, zorlama cinayətində iştirak edən şəxslərdən biri tapılmayıb, digəri isə DİN-in əməkdaşıdır. Rostov məhkəməsinin qərarı ilə polis işçisi 7 il müddətinə azadlıqdan məhrum edilib. Cinayətin digər iştirakçısı da bu qədər cəza alıb. Onlar cəzalarını xüsusi rejimli həbsxanada çəkəcəklər. Müəyyən edilib ki, 2013-cü ilin avqustunda gecə vaxtı onlar Puşkin küçəsində yolu keçən 20 yaşlı qızı görüblər. Cinayətkarlar özlərini tələbə kimi təqdim dib və qızı avtomobilə əyləşməyə razı salıblar. "Onlar qızı Rostovun Qərb yaşayış massivindəki mənzillərdən birinə gətiriblər. Orada daha bir nəfər olsa da, hələlik onun şəxsiyyətini müəyyən etmək olmayıb", - press-relizdə deyilir. Qıza qarşı fiziki zor tətbiq edən cinayətkarlar bir neçə saat ərzində onu müxtəlif formalarda zorlayıblar. Qız hansısa məqamda özünü balkondan aşağı atmağa çalışsa da, oğlanlardan biri onu saxlaya bilib. Səhər cinayətkarlar polisə şikayət edəcəyi təqdirdə öldürəcəkləri barədə xəbərdarlıq edərək, qızı sərbəst buraxıblar. Lakin qız dərhal polisə şikayət edib. Polis əvvəlcə şikayəti qəbul etməsə də, bir neçə saatdan sonra dostları da qıza qoşulublar. Bundan sonra faktla bağlı araşdırmalara başlanılıb. Əvvəlcə mətubuat dəhşətli zorlama cinayətinin qafqazlılar tərəfindən törədildiyini yazıb. Qızın sözlərinə görə, onlar hamısı ləhcə ilə danışıblar. Polis cinayət barədə məlumat yaymaq istəməyib. Sosial şəbəkələrdə rostovlular "Rədd olsun qafqazlılar" şüarı ilə mitinqə çağırıldıqdan sonra məsələ ciddiləşib. Bundan 1 sutka sonra cinayətdə iştirak edənlərdən 2 nəfər saxlanılıb. Onların qurbanı olan 20 yaşlı Anna bazarda satıcı işləyib.