TQDK imtahan nəticələrini açıqladı
3-07-2014, 17:00
Oxunub: 4 231
"Azərbaycan dili" fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadla verilən məlumata görə, 2014-cü il iyulun 3-də Bakı şəhərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.
İmtahanın nəticələri həmin gün – iyulun 3-də TQDK-nın internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1216 abituriyentdən 528 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 688 abituriyentdən 474 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb.
“Azərbaycan dili” fənnindən məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər