Azərbaycanda hakimə qarşı ittiham elan olundu
4-07-2014, 14:40
Oxunub: 3 544
Azərbaycanda keçmiş hakim dələduzluqda təqsirləndirilir
Vəkil Adəm Məmmədovun verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevə qarşı istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda H. Əliyevin Rusiyadan gəlmiş iş adamı Ramazan Səlimovu aldadaraq 600 min manat pulunu mənimsədiyi barədə məlumat yayılıb. Məlumata görə, Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı iş adamı Elman Məmmədova müraciət edib. E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev isə R. Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R. Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və E. Məmmədov həbs edilib. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.
Vəkil A. Məmmədov bildirib ki, E. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bu gün Nəsimi rayon Məhkəməsi tərəfindən 3 ay uzadıb.
Onu da qeyd edək ki, həmin məsələdən sonra prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər