Siyəzəndəki qorxunc yanğından ilk görüntülər (VİDEO)
7-07-2014, 08:10
Oxunub: 4 779
Siyəzən rayonunda güclü yanğın baş verib
Ümumi sahəsi 300 hektardan çox dənizkənarı ərazinin 100 hektarı yanıb. Alovun söndürülməsinə Siyəzənlə yanaşı, Şabran, Xaçmaz, Quba və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin bütün şəxsi heyəti, Sumqayıt şəhərindən 2 yanğınsöndürən maşın, paytaxdan isə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürən helikopteri və 50 nəfər canlı qüvvə cəlb olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın verdiyi məlumata görə əsən külək yanğının geniş əraziyə keçməsinə səbəb olub. Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondunu da əhatə edib. İlkin məlumata görə, yanğın nəticəsində meşə fondunun təxminən 5 hektar ərazisinə ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyi də (FHN) Siyəzən rayonunda baş vermiş yanğın barədə ilkin məlumat yayıb. Məlumata görə, rayonun Kiçik Həmyə kəndinə yaxın boş ərazilərdə otlaq sahədə yanğın baş verib. İsti külək nəticəsində yanğının sürətlənib və geniş ərazini əhatə edib. Yanğının meşə zolağina və kənddəki evlərə keçmə təhlükəsi yaranıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin canlı qüvvələri və texnikaları, o cümlədən bir yanğınsöndürmə helikopteri cəlb edilib. Hazirda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.apa
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər